...

Milli Məclisin yeni tərkibdə ilk iclası bir həftə ərzində keçirilməlidir (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 5 Mart 2020 12:56 (UTC +04:00)
Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı hələ məlum deyil.
Milli Məclisin yeni tərkibdə ilk iclası bir həftə ərzində keçirilməlidir (ƏLAVƏ OLUNUB-2)

İlk xəbər saat 12:45-də yayımlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı hələ məlum deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir:

“Bununla bağlı hələ qərarın verilməsini gözləyirik”.

S.Mirzəyev əlavə edib ki, Milli Məclisdə hələ bir çox qəbul edilməmiş sənədlər qalır: “Yəqin ki, o sənədləri ilk növbədə müzakirəyə çıxaracağıq. Gözləyirik ki, qanunverici orqanın subyektlərinə yeni qanun layihələri gələcək. Ölkədə keçirilən iqtisadi-sosial islahatlarla əlaqədar mövcud qanunlara dəyişikliklər qəbul olunacaq”.

Aparat rəhbəri vurğulayıb ki, Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq. Onun sözlərinə görə, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti