...

Pərvin Kərimzadə: Ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri uğurla aparılır

Siyasət Materials 6 Mart 2020 15:53 (UTC +04:00)
Azərbaycanın müasir tarixində yeni səhifələr açan dinamik inkişaf, sabitlik, dayanıqlı iqtisadiyyat, ciddi islahatlar illər bir-birini əvəz edir. Bunu Trend-ə VI çağırış Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Pərvin Kərimzadə: Ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri uğurla aparılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın müasir tarixində yeni səhifələr açan dinamik inkişaf, sabitlik, dayanıqlı iqtisadiyyat, ciddi islahatlar bir-birini əvəz edir.

Bunu Trend-ə VI çağırış Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən praqmatik siyasətinin fövqündə əldə olunan iqtisadi dividendlərin əhalinin güzəranının, maddi-rifah halının yüksəldilməsinə yönəldilməsi Azərbaycanı sürətlə inkişaf edən, dünyanın nüfuzlu ölkələrindən birinə çevirib.

P.Kərimzadə qeyd edib ki, məhz Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir ki, bu gün paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün bölgələrində həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir:

“Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri ölkənin ən ucqar nöqtələrini, yaşayış sahələrini, qəsəbələri əhatə edib, yaddan çıxan bir kənd belə qalmayıb.

Qədim tarixi, zəngin mədəniyyəti olan Gəncə şəhəri də Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə geniş vüsət alan tərəqqidən, inkişafdan kənarda qalmadı, günü-gündən gözəlləşən, füsunkar bir şəhərə çevrildi. Bu günlərdə ölkəmizlə dünya bankları sırasında xüsusi yer tutan Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Gəncənin şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığın əldə edilməsi, qədim şəhərin Bankın Yaşıl Şəhərlər proqramına qoşulması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşünün bəhrəsidir.

Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğunu nəzərə alsaq, bu razılığın Gəncənin bundan sonra da dəyişərək, yeni görkəm almasında yeni səhifələr açacaq. Bank tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi Gəncənin coşqulu, qaynar həyatının heyranedici mənzərəsinə rəng qatacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti