...

Arzu Nağıyev: Azərbaycanın qərb regionlarının inkişafı ölkə üçün nəinki iqtisadi, eləcə də strateji əhəmiyyət daşıyır

Siyasət Materials 7 Mart 2020 14:02 (UTC +04:00)
Azərbaycanın qərb regionlarının inkişafı ölkə üçün nəinki iqtisadi, həm də strateji əhəmiyyət daşıyır
Arzu Nağıyev: Azərbaycanın qərb regionlarının inkişafı ölkə üçün nəinki iqtisadi, eləcə də strateji əhəmiyyət daşıyır

Bakı. Trend:

Azərbaycanın qərb regionlarının inkişafı ölkə üçün nəinki iqtisadi, eləcə də strateji əhəmiyyət daşıyır.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu rayonlar Ermənistanla sərhəd olduğu üçün təhlükəsizlik baxımından ən vacib məsələlərdən biri infrastrukturun inkişafı və əhali üçün əlverişli şəraitin yaradılmasıdır:

“Bundan başqa, regionda vacib işlərə davam etdirilir. Ona görə də həm infrastrukturun inkişafı, iş yerlərinin açılması, həm də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması çox vacibdir. Eyni zamanda bu regionun hərbi potensial baxımından əhəmiyyəti artır”.

A.Nağıyev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu regiona səfəri bir neçə istiqamətlər üzrə vacibdir:

“İlk növbədə, logistika daşımaları və respublika əhəmiyyətli avtomobil yollarının yaradılması, eləcə də kənd və qəsəbələrdə yolların tikintisi infrastrukturun genişləndirilməsi kontekstində böyük əhəmiyyət kəsb edir. İkincisi, regionun qazlaşdırılması istiqamətində tədbirlər görülüb. Paralel şəkildə regionun qazlaşdırılması və ekologiya baxımından meşələrin müdafiəsi, o cümlədən meşə təsərrüfatının müdafiəsi davam edir. Sərhəd xətti yaxınlığında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması da vacib rol oynayır. Üçüncüsü, suvarma sisteminin rekonstruksiyası həyata keçirilir. Yerli kənd təsərrüfatı məhsullarının istehsalı üçün suvarma sistemində artezian quyularının qazılması vacibdir”.

Deputat qeyd edib ki, regionda, həmçinin mədəni-maarifçilik sahəsində işlər aparılır və bu baxımdan diyarşünaslıq muzeyinin, eləcə də Aşıq Sənəti Dövlət Muzeyinin açılışını vurğulayıb. O əlavə edib ki, əhalinin məşğulluğu baxımından regionda “Azərxalça”nın filialının açılması vacib addımdır:

“Regionun içməli su ilə təmin olunması məsələsi də gündəmdədir. Şəmkirçay çayında yeni sutəmizləyici qurğuların yaradılması və rekonstruksiyası vacib addımdır. Unutmaq lazım deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu magistralı və Gürcüstan istiqamətində əsas daşımalar məhz bu regiondan keçir. Ona görə də bu regionda infrastrukturun inkişafı prioritetdir”.

A.Nağıyev, həmçinin Daxili Qoşunların və Müdafiə Nazirliyinin bir sıra hərbi obyektlərinin açılmasının vacibliyini vurğulayıb.

Bundan başqa, deputat əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması məsələsinə də toxunub:

“Tovuzda və digər regionlarda “ASAN Xidmət” strukturlarının, xüsusilə də “ASAN Həyat”ın açılması o baxımdan vacibdir ki, dağlıq ərazilərdə yaşayan sakinlər bu cür xidmətlərdən istifadə edə biləcək. Dövlət tərəfindən atılan bütün bu addımlar regionlarla paytaxt arasında fərqi müəyyən dərəcədə azaldır və daxili miqrasiyanın qarşısını alır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti