...

Avstraliya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır

Siyasət Materials 3 Aprel 2020 15:56 (UTC +04:00)

Bakı. Trend:

Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda martın 31-də keçirilmiş qondarma "seçkilər"i tanımır.

Trend-in məlumatına görə, bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun öz "Twitter"səhifəsində yazıb.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dinc nizamlanmasında rolunu davam etdirməsi çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti