...

Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev

Siyasət Materials 10 Aprel 2020 10:03 (UTC +04:00)
Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev

Trend-i buradan izləyin

Bakı. Trend:

Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Bakı şəhəri, Nizami rayonu sakini Samir Abdullayevin ünvanladığı minnətdarlıq məktubunda deyilir.

Samir Abdullayev yazır:

“Hörmətli cənab Prezident, həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

“Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsalı müəssisəsinin açılışı Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur.

Bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik. Allah Sizi Azərbaycan xalqına çox görməsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti