...

Şəbnəm Həsənova: Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır

Siyasət Materials 15 Aprel 2020 20:10 (UTC +04:00)
Şəbnəm Həsənova: Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev hər bir təbəqədən və sosial qrupdan olan vətəndaşın həyatına xüsusi həssaslıqla yanaşır. Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. COVİD-19 infeksiyasının geniş vüsət almasına baxmayaraq, hazırda ölkə vətəndaşlarının normal həyat şəraitinin pozulmaması və insanların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələdir. Bu baxımdan Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə pandemiyanın mənfi təsirlərini minimuma endirmək istiqamətində bir sıra tədbirlər həyata keçirildi:

“İlkin olaraq, koronavirus infeksiyası ilə ön cəbhədə mübarizə aparan səhiyyə işçilərinin əməyi yüksək qiymətləndirildi. Bundan əlavə, digər peşə sahiblərinin də əməyi yüksək qiymətləndirilir. Həkimlərimiz, Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudlaşdırıcı tədbirlərinə riayət etməyə səsləyən polislərimiz, eyni zamanda sosial işçilər yaşlı insanlara yardımlar edir, onların gündəlik qayğıları ilə yaxından maraqlanırlar. Cənab Prezidentin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstərən sosial işçilərə verilən yüksək dəyər, dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşayan yaşlıya evlərində sosial xidmətlər göstərilir”.

Politoloqun sözlərinə görə, sosial işçi institutu da bu çətin günlərdə koronavirusla mübarizəyə töhfə verməklə özünü müsbət mənada fərqləndirməyə müvəffəq olub:

"Bu gün hamı yumruq kimi bir olub. İstər sosial xidmət müəssisələrində çalışan işçilər, istərsə də ölkənin müxtəlif ictimai birliklərinin və qurumlarının əməkdaşları öz dəstəyini əsirgəmir, milli həmrəylik nümayiş etdrir. Bu isə onu göstərir ki, koronavirus pandemiyası ilə mübarizədə fərqlənən hər bir vətəndaş özünü dövlət qayğısından kənarda hiss etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti