...

“Euractiv” Fondu Heydər Əliyev Mərkəzinin pandemiyadan əziyyət çəkən ölkələrə dəstəyi ilə bağlı videoçarx yayımlayıb

Siyasət Materials 21 Aprel 2020 17:03 (UTC +04:00)
“Euractiv” Fondu Heydər Əliyev Mərkəzinin pandemiyadan əziyyət çəkən ölkələrə dəstəyi ilə bağlı videoçarx yayımlayıb

Bakı. Trend:

Belçikada qeydiyyatdan keçən aparıcı media şirkəti “Euractiv” Fondunun internet səhifəsində Azərbaycanın dünyaca məşhur Heydər Əliyev Mərkəzinin binası üzərində, hazırda COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Avropa ölkələri və Avropa İttifaqı ilə həmrəylik rəmzi olaraq İtaliya, İspaniya, Fransa, Almaniya və Avropa İttifaqının bayraqlarının müvafiq ölkələrin musiqisinin müşayiəti altında işıqlandırılmasını əks etdirən videoçarx yayımlanır.

Bu barədə Trend-ə “Euractiv” Fondundan məlumat verilib.

Avropa İttifaqı institutları arasında ən geniş oxucu kütləsinə malik olan, nüfuzlu "EurActiv" xəbər portalında bu videoçarx bir həftə boyunca nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti