...

Bəxtiyar Əliyev: Qoşulmama Hərəkatının Zirvə görüşünün çağırılması göstərdi ki, Azərbaycan dünyada baş verən hadisələrə ən adekvat fəaliyyət proqramı hazırlamaq imkanına malikdir

Siyasət Materials 6 May 2020 11:54 (UTC +04:00)
Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi bir daha göstərdi ki, Azərbaycan nəinki regionda, bütövlükdə dünyada baş verən hadisələrə ən adekvat fəaliyyət proqramı hazırlamaq, proseslərə təsir etmək imkanlarına malik güclü dövlətdir.
Bəxtiyar Əliyev: Qoşulmama Hərəkatının Zirvə görüşünün çağırılması göstərdi ki, Azərbaycan dünyada baş verən hadisələrə ən adekvat fəaliyyət proqramı hazırlamaq imkanına malikdir

Bakı. Elçin Mehdiyev - Trend:

Qoşulmama Hərəkatının Zirvə görüşünün çağırılması göstərdi ki, Azərbaycan dünyada baş verən hadisələrə ən adekvat fəaliyyət proqramı hazırlamaq imkanına malikdir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü müstəqil milli dövlət quruculuğu konsepsiyasına uyğun həyata keçirdiyi məqsədyönlü, ardıcıl daxili və xarici siyasət, davamlı və dayanıqlı inkişafı təmin edən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan ən mürəkkəb şəraitdə belə qarşıya qoyulmuş bütün vəzifələri həll etmək imkanına malik lider dövlətlərdən birinə çevrilib:

“Bu, artıq zəmanəmizin təkzibedilməz gerçəkliyidir. Prezident tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi koronavirus epidemiyasının Azərbaycanda geniş yayılmasına imkan vermədi, vətəndaşların sağlamlığı etibarlı şəkildə qorundu, hər bir vətəndaşın güclü sosial müdafiəsi təşkil edildi, sahibkarlara əvəssiz dövlət dəstəyi verildi.

Azərbaycanın bu sahədəki fəaliyyəti də belə fövqəladə hallarda dövlətin necə fəaliyyət göstərməsinin ən məqbul modeli kimi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, nümunə göstərilir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqı dövlət başçısının əhalinin firavan, təhlükəsiz həyatını təmin edən yeganə düzgün və tarixin sınağından çıxmış müdirik siyasətini tam dəstəkləyir:

“Bu fədakar fəaliyyətinə görə cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirirık. Eyni zamanda əhalidən xahiş edirik ki, hər birimiz karantin qaydalarına ciddi əməl edək və dövlətimizi, millətimizi, uğurlarımızı qoruyaraq, vətəndaşlıq mövqeyimizi nümayiş etdirək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti