...

Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 7 May 2020 15:38 (UTC +04:00)
Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirdi.

Dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti