...

Milli Məclisdə Şuşanın işğalının 28-ci ildönümü yad edilib

Siyasət Materials 8 May 2020 11:13 (UTC +04:00)
Milli Məclisdə Şuşanın işğalının 28-ci ildönümü yad edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

O bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalini dədə-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib:

“Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. İşğal edilmiş ərazilərdən didərgin salınmış bir milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir.

Biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, işğal edilmiş torpaqlarımızın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bir bayram kimi daxil olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti