Hikmət Hacıyev: Özünü demokratik adlandıran Ermənistan hakimiyyəti, ilk növbədə, faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir

Hikmət Hacıyev: Özünü demokratik adlandıran Ermənistan hakimiyyəti, ilk növbədə, faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir

Bakı. Trend:

Özünü demokratik adlandıran Ermənistanın indiki hakimiyyəti, ilk növbədə, faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir.

Trend-in məlumatına görə, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması ilə əlaqədar şərhində bildirib.

Hikmət Hacıyev deyib: “Birinci dəfə deyil ki, MDB dövlətlərinin II Dünya müharibəsi veteranları icması faşist cəlladı Qaregin Njdeyə abidə ucaldılması məsələsini qaldırıb. Bir neçə il əvvəl Azərbaycan veteranları MDB ölkələrindən olan veteranlara faşist generalı Qaregin Njdenin şərəfinə Yerevanda abidə qoyulması ilə bağlı məktub ünvanlayıb.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB-nin Zirvə görüşündəki məlum çıxışı MDB dövlət başçılarının diqqətini bu məsələyə cəlb etmək məqsədi daşıyırdı. Sevindirici haldır ki, Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Qaregin Njdeyə qoyulmuş memorial lövhənin götürülməsi ilə əlaqədar qərar qəbul edilib.

Njdenin faşist cəlladı olduğunu sübut edən kifayət qədər sənədlər var. Sovet İttifaqı tərəfindən 25 il müddətinə həbs edilmiş Qaregin Njdeyə bəraət verilməmişdir. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim etmişdir. Həmin məruzədə deyilir:

“Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Qaregin Njdenin formalaşdırdığı irqçi təmayüllü şovinist təlimi Ermənistanın sabiq hakim Respublikaçılar partiyasının ideoloji əsasını təşkil edir. Faşizmdən və irqçi “Ari” ideologiyasından qaynaqlanan bu təlim “Tseğakron” (millətçi, dini və bütpərəst mistizminin irqçi birləşməsi) və ya “Njdeizm” adlanır. “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil hələ də bu ruhda tərbiyə edilir.

Digər faşist cəlladı və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın rəhbərliyi altında erməni legionu faşist ordusunun tərkibində Krımda və Qafqazda əməliyyatlarda iştirak edib. Drastamat Kanayanın da şərəfinə Ermənistanda abidələr ucaldılıb. Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Araşdırmalar İnstitutu faşist cəlladı Kanayanın adını daşıyır. Həmçinin Ermənistan Müdafiə Nazirliyi Kanayanın şərəfinə medal buraxıb.

Özünü demokratik adlandıran Ermənistanın indiki hakimiyyəti Qaregin Njdeyə və ya Drastamat Kanayana ucaldılmış abidələri sökmür. İnanmırıq ki, Ermənistan hakimiyyətinin buna cəsarəti çatsın. Sovet dövründə və müstəqillik illərində Ermənistan hakimiyyətinin yalnız Azərbaycan xalqına məxsus tarixi torpaqlarda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına aid tarixi abidələri dağıtmağa cəsarəti çatıb.

Orta əsr Azərbaycan şəhərlərindən olan İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib". Dağıdılmış memarlıq abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və "Sərdar sarayı" və ya "Xan sarayı" saraylar kompleksi də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə dağıdılıb. Ermənistan ictimaiyyəti niyə sual vermir ki, Yerevanda bir dənə də olsun tarixi abidə yoxdur. Çünki bu abidələr məhv edilmişdir və bütün bunlar danılmaz faktlardır.

Həmçinin Ermənistanda olan, Azərbaycan xalqına məxsus qədim və yeni dövr qəbiristanlıqlar məhv edilib. Aşıq Ələsgərin tarixi Azərbaycan torpağı olan Göyçə mahalındakı qəbri də onların sırasındadır. Ermənistan ərazisində olan tarixi Azərbaycan toponimlərinin adları dəyişdirilib və erməni adları ilə əvəz edilib. Ermənistandakı şəhərlərin və yaşayış məskənlərinin tarixi adları qaytarılmalıdır.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 min 500-dən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 maddi-mədəniyyət abidəsi və məscidlər talan edilib və vandalizmə məruz qalıb.

1992-ci il mayın 8-də Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb və talan edilib.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri işğaldan azad ediləcək, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək və tarixi ədalət bərpa olunacaq.

Prezident İlham Əliyevin MDB dövlət başçılarının Zirvə görüşündə qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən yeni Ermənistan hakimiyyəti, ilk növbədə, özünü bu ləkədən, bu rüsvayçılıqdan təmizləməli və faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir”.

Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
Loading Bars
Xəbər lenti
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
Sabah şaxta olacaq
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb
Bütün xəbərlər