...

Əfsanəvi kəşfiyyatçı Şamil Süleymanov: Heydər Əliyev böyük şəxsiyyət, dövlət xadimi idi, onun adı tarixə qızıl hərflərlə yazılıb

Siyasət Materials 10 May 2020 16:36 (UTC +04:00)
Əfsanəvi kəşfiyyatçı Şamil Süleymanov: Heydər Əliyev böyük şəxsiyyət, dövlət xadimi idi, onun adı tarixə qızıl hərflərlə yazılıb

Bakı. Vüqar İmanov - Trend:

Əfsanəvi kəşfiyyatçı, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Şamil Süleymanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə, onun rəhbərliyi altında təhlükəsizlik orqanlarında xidməti illərində xatirələri barədə Trend-ə danışıb.

O qeyd edib ki, 35 ildən çox xüsusi xidmət orqanlarında işləyib, çoxlu sayda uğurlu əməliyyat keçirib və hər zaman Heydər Əliyevin məsləhətlərinə arxalanıb:

"Heydər Əliyev böyük şəxsiyyət, dövlət xadimi idi, onun adı tarixə qızıl hərflərlə yazılıb. 1961-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunan ilk azərbaycanlı olub və sonrakı fəaliyyətində milli kadrların hazırlanmasına xüsusi diqqət ayırıb. Əvvəlcə Azərbaycan kontingenti təxminən 35-40 faiz idisə, artıq ikinci il bu göstərici 60-65 faizə artırıldı. Bu, böyük uğur idi. Mən xüsusi xidmət orqnalarında işə başlayanda görüşdüyüm ilk şəxs Heydər Əliyev olub. Biz təxminən iki saat söhbət etdik və o, məndə dərhal güclü, iradəli, mədəni və dünyagörüşlü insan təəssüratı yaratdı. Mən bütün fəaliyyətimi Heydər Əliyevin məsləhətləri əsasında qurmuşdum. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş böyük lider, eyni zamanda öz xalqına sadiq olan yüksək intizamlı hərbi qulluqçu, təhlükəsizlik zabiti və əsl dövlət xadiminin etalonudur. O, təkcə Azərbaycanın təhlükəsizlik orqanlarının deyil, digər hüquq-mühafizə orqanlarının inkişafında da böyük rol oynayıb. Sovet dövründə o, bir çox sahələrdə geri qalan ölkəyə rəhbərlik edib və Azərbaycanı 15 respublika arasında lider mövqelərə çıxarıb. Onun rəhbərliyi altında işləmiş hər kəs böyük həyat dərsi keçdiyi üçün xoşbəxt idi".

Ş.Süleymanovun sözlərinə görə, Heydər Əliyev öz peşəsini sevən, gördüyü işdən zövq alan böyük şəxsiyyət, əməksevər, ədalətli, cəsarətli və vicdanlı insan idi:

"Heydər Əliyev bir çox ziyalını və ictimai xadimi milli ideyalara görə həbs və təqiblərdən xilas edib. Həm respublikaya rəhbərliyi, həm də Moskvada işlədiyi müddətdə ulu öndər gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi potensialının formalaşmasına böyük diqqət ayırırdı. Heydər Əliyev fenomenal bacarıqlara malik idi və bu bacarıqları o, həm müxtəlif strukturlara rəhbərliyi, həm də Azərbaycan Prezidenti olduğu müddətdə inkişaf etdirirdi. Gənc nəslin onun həyat yolunu öyrənməsi çox vacibdir. Heydər Əliyev ölkənin ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi dirçəlişinin və inkişafının lideri və təşəbbüsçüsü kimi həmişə milyonların qəlbində qalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti