Elçin Mirzəbəyli: Radikal düşərgə təmsilçilərinin söhbətini ən yaxşı halda “videoqeybət” adlandırmaq olar

Elçin Mirzəbəyli: Radikal düşərgə təmsilçilərinin söhbətini ən yaxşı halda “videoqeybət” adlandırmaq olar

Bakı. Elçin Mehdiyev - Trend:

Əslində Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Rafiq Manafov, Vidadi Mirkamal, Qənimət Zahid və digərlərinin iştirak etdiyi videokonfransı “videoqeybət” və yaxud qeybət videokonfransı adlandırmaq daha doğru olar.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, müzakirə olunan mövzular və bu mövzularla bağlı səsləndirilən fikirlərin qurşaqdan aşağı səviyyəsi radikal düşərgə təmsilçilərinin söhbətinin ən yaxşı halda “qeybət” adlandırılmasına imkan verir:

“Videoqeybətin baş ittihamçısı rolunda çıxış edən Gültəkin Hacıbəyli sosial şəbəkələrdə seksual azlıqlara qarşı apardığı “qlobal mübarizə”, virtial “fədakarlıq” nümunələrindən bəhs edir və bildirir ki, “Qərbin bir nömrəli prioriteti bu üzdəniraqların hüquqlarıdır”. Gültəkin Hacıbəyli seksual azlıqlarla virtual mübarizə mövzusunda çıxış-qeybətini, başqalarına münasibətdə, həmçinin özünə yaraşdırdığı qeyri-etik və aşağılayıcı ifadələrlə davam etdirir: “yaramaz gədə”, “ikiüzlü”, “riyakar”… Bunun davamı olaraq, onunla eyni “dəyərlər”in daşıyıcısı olan başqa birisinin seksual azlıqların təmsilçisi ilə virtual “müharibə”də göstərdiyi “qəhrəmanlıq”dan danışır və özü də bilmədən onunla eyni düşərgəni və düşüncəni bölüşən şəxslərin özünüifadə metodlarının, təfəkkürlərinin səviyyəsini açıb ortalığa qoyur: “Xədicə onun statusunun altına girib ağzına gələni yazdı ki…”

Burada “Dil çaşar düzünü deyər” el məsələni xatırlatmaq, yerinə düşür. Gültəkin Hacəbəyli də ya zəlzələdən, ya vəlvələdən, illərdən bəri siyasi opponentlərinə qarşı ağıllarına gələnləri deyil, ağızlarına gələn nə varsa, ağına-bozuna baxmadan “püskürdüklərini” dolayısıyla etiraf edir. Gültəkinin bu ehtiraslı çıxışına sualı ilə “qüvvət verən” “Milli Şura” üzvü Rafiq Manafov isə daha da irəli gedərək, “kişi q…dən nə gözləyirsiniz” deyir və dəstəyini daha mübaliğəli şəkildə ifadə etmək üçün bəşər tarixinin ən qaniçən cəlladlarından biri olan Adolf Hitleri nümunə gətirir: “Mən çox təəssüf edirəm ki, 41-45-də Hitler geyləri qırıb qurtarmadı…” Bu ifadənin kimlər üçünsə müzakirə oluna, yaxud olunmaya biləcək tərəflərini bir kənara qoyuram. Amma bu günə qədər, “Milli Şura”da təmsil olunan bir çoxları, o cümlədən Əli Kərimli və onun ətrafı Gültəkin Hacıbəylinin dediyi kimi “Qərbin bir nömrəli prioritet” saydığı, “həssas yanaşdığı” mövzularda, o cümlədən seksual azlıqların hüquqları ilə bağlı məsələlərdə tamamilə fərqli bir mövqe nümayiş etdiriblər.

İndi isə “Milli Şura”nın üzvlərindən biri onları “üzdəniraq” adlandırır, digəri isə faşistlərin onların qırıb qurtarmadığına görə təəssüflənir. Bu isə sübuta yetirir ki, radikal düşərgə başbilənlərinin əhəmiyyətli hissəsi “azlıqların hüquqları”, “demokratiya” və digər bu kimi məsələlərlə bağlı danışanda da hesabat verdikləri xarici dairələrin maraqlarını təmin etmək, onlara xoş gəlmək, eyni prinsipləri paylaşdıqlarını görüntüləmək naminə danışıblar. Yəni ortalıqda heç bir prinsip olmayıb, sadəcə maraqlar olub, vəssalam! Əgər bu şəxslər hər hansı bir prinsipə söykənərək hərəkət etsəydilər, üzdə bir, arxada isə tamamilə başqa yanaşma sərgiləməzdilər. Çünki, demokratiya, insan hüquq və azadlıqları kompleks anlayışdır və bu prinsiplərin hansısa birini kontekstdən çıxarmaqla demokrat olmaq mümkün deyil. Əslində, bu düşərgədə demokratiyanın “D”sından da əsər-ələmət yoxdur. Əks təqdirdə Gültəkin Hacıbəyli sözügedən “videoqeybət”də Müsavat Partiyasının üzvlərinə xitabən “bu yaramazlar heç bir dəstək vermirlər Tofiq bəyə” deməklə, onlarla eyni baxış bucağını bölüşməyən insanları aşağılamazdı… Və yaxud Müsavat Partiyasını təmsil edən Mustafa adlı şəxsin “sərsəm bir şey” yazdığını dilə gətirməzdi və qısa bir zaman öncə onunla eyni siyasi cərgədə dayanan insanları “mühacir alveri”ndə ittiham etməzdi, istehza ilə müsavatçıların “rüsvayçı bir vəziyyətdə olduqlarını” söyləməzdi.

Cəmil Həsənli də, həmçinin yaşına-başına yaraşmayan bir şəkildə, konkret ad çəkmədən, ünvan göstərmədən və bütövlükdə Müsavat Partiyasının üzvlərini nəzərdə tutaraq, “bədbəxtlər” ifadəsini işlətməzdi… Bunların dünyagörüşünə, təfəkkürünə, rəqiblərinə münasibətinə “heyran” qalmamaq mümkün deyil. Məsələn, Gültəkin Hacıbəyli “videoqeybət” formatındakı “möhtəşəm” nitqində İlqar Məmmədovu məsxərəyə qoyur və deyir ki, “REAL rəhbərinin statusuna cəmi 3 min adam baxıb, 75 laykı var”. Bir siyasətçi kimi hesablama, təhliletmə, proqnozlaşdırma qabiliyyətləri rəqiblərinin layklarını hesablamaqdan ibarət olan bu adamların siyasətdə nə işləri var, görəsən? Gültəkin Hacıbəyli deyir ki, “İlqar Məmmədov bitib… Həm siyasətçi olaraq bitib, həm partiyası bitib”. Əgər Qənimət Zahidin “canlı yayımdayıq” deyə yarıxəbərdarlıq, yarıqorxaqlıq təsiri bağışlayan sözləri olmasaydı, çox güman ki, ifadələr daha sərt olacaq və Adolf Hitlerlə bağlı Rafiq Manafovun gətirdiyi misal REAL-çılara və müsavatçılara da şamil ediləcəkdi. Təsəvvür edin ki, fərqli fikirləri, yanaşmaları süngü ilə qarşılayan bu adamlar hakimiyyətə yiyələniblər… Heç şübhə etmirəm ki, onlarla eyni baxış bucağını bölüşməyən hər kəsi əsir düşərgələrinə, bəlkə də qaz kameralarına “yola salardılar”… Hətta “avroritarizm” sözünün özü belə “Milli Şura” başbilənlərinin aqressiya, kin, qəzəb və qəddarlığın iç-içə olduğu dünyagörüşlərinin yanında kölgədə qalır. Bu, neofaşist təfəkkürüdür!”.

Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Bir neçə aksizli malların dərəcələri artırılır
Bir neçə aksizli malların dərəcələri artırılır
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
Loading Bars
Xəbər lenti
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat
Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb
İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb
"Access Bank" azad edilmiş ərazilərdə bank mərkəzlərini yaratmağı planlaşdırır
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb
ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib
Rusiya və İran XİN başçılarının görüşü keçirilir
Azərbaycanda qızıl bahalaşıb
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb
Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır
Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir
Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur
Bir neçə aksizli malların dərəcələri artırılır
Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur
Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Prezident İlham Əliyev: Dövlət qurumları, nazirliklər mənim göstərişlərimi axıra qədər icra etməlidirlər
Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandı
Azərbaycan Prezidenti: Öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı daim yüksək səviyyədə olsun
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)
Prezident İlham Əliyev: Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib (FOTO)
Tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir
Azərbaycan Prezidenti: Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır
Prezident İlham Əliyev: Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır
Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır - Lavrov
Prezident İlham Əliyev: Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır
Azərbaycan nefti ucuzlaşır
Azərbaycan Prezidenti: Biz Xəzərdə ən böyük donanmaya sahibik
Azərbaycanda bu avadanlıq və qurğuların idxalı vergidən azad edilir
Prezident İlham Əliyev: Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
Bakıda idman gimnastikası üzrə Dünya kuboku təxirə salınıb
Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edib (FOTO/VİDEO)
Buğdanın idxalı və satışı, çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur
Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub
İran altıtərəfli əməkdaşlıq platformasının təşkil olunmasını istəyir - Zərif
SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq
Rabitə naziri təyin edilən Rəşad Nəbiyev kimdir?
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək
Xəzərdə zəlzələ olub
Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq - Şöbə müdiri
Xırdalanda baş verən partlayışla bağlı cinayət işi açıldı
Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Paytaxt sakinindən narkotik və odlu silah götürüldü (FOTO/VİDEO)
Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
İşğaldan azad olunmuş ərazilərdə 135,5 km yol bərpa edilib, 80 km yeni yol çəkilib
Prezident İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad etdi
Ramin Quluzadə vəzifəsindən azad edildi
Müharibə iştirakçıları və onların ailə üzvləri arasında intihara cəhdlərin qarşısı alınıb - ƏƏSMN
Sabah 12 dərəcəyə qədər isti olacaq
Tərtərdə bu günə kimi 200 nəfərə vaksin vurulub
Əkinə yararlı 2 200 hektar ərazi minalardan təmizlənib
Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ
Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik
Vətən müharibəsində əlil olan şəxslər avtomobilllə təmin olunacaq
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Ədəbi dil normalarını pozanlara qarşı cərimələr tətbiq edilsin - Dilçilik İnstitutu
Silsilə oğurluqlar edən şəxs işfa olunub
Rusiyada daha 564 nəfər koronavirusdan ölüb
Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub
Qızıl mağazasından oğurluq etmək istəyən şəxs iş başında yaxalandı (FOTO)
Füzuli minalardan belə təmizlənir - Trend TV Füzulidə (FOTO/VİDEO)
Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb - Hikmət Hacıyev
YAP nümayəndələri Vətən müharibəsinin rus millətindən olan iştirakçılarını ziyarət edib (FOTO)
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbir keçiriləcək
Şamaxıda qanunsuz ov edənlər saxlanılıb (FOTO)
“Dostluq” yatağı Azərbaycanla Türkmənistanı bir-birinə daha da yaxınlaşdıracaq - Deputat
Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq - "YAŞAT" Fondunun rəhbəri
Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - Rəis müavini
Ağcabədidə qanunsuz ov edən şəxs saxlanıldı (FOTO)
Fransalı dövlət katibi Bakıya gəlib (FOTO)
20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib - Elvin Hüseynov
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib
Cəbrayıl rayonunun Karxulu kəndi (VİDEO)
Şəhid ailələri və qazilər üçün daha nələr nəzərdə tutulur? - "YAŞAT" Fondunun rəhbəri detalları açıqladı (VİDEOLAYİHƏ)
Müəllimlər vaksinasiya olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA
“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur - Elnur Əliyev
Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
Bu peşə məktəbi artıq publik hüquqi şəxs oldu
Hacıqabul Mərkəzi Xəstəxanasının şöbə müdirinin işi məhkəməyə göndərildi
Qarabağda hansı sahələr daha gəlirli ola bilər? - İnvestisiyayönümlü istiqamətlər öyrənilir
Bakı-Ələt-Qazax-Gürcüstan magistralının 130 km-lik sonuncu hissəsi genişləndirilir (FOTO)
Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru və bir neçə vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Bütün xəbərlər