...

Milli Məclisin komitələrində insan alverinə qarşı mübarizəyə dair dinləmələr olacaq

Siyasət Materials 18 May 2020 09:45 (UTC +04:00)
Bu gün – mayın 18-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.
Milli Məclisin komitələrində insan alverinə qarşı mübarizəyə dair dinləmələr olacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinləniləcək.

Dinləmələrdən sonra müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti