Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Trend-in məlumatına görə, bu barədə İran XİN-in "Twitter" hesabında bildirilib.
"Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq. Bu önəmli günüdə Azərbaycan xalqına əbədi sülh və firavanlıq arzu edirik”, - deyə oqeyd edilib.