...

Deputatların növbədənkənar iclasda müzakirə edəcəyi məsələlər məlum oldu

Siyasət Materials 9 İyun 2020 11:08 (UTC +04:00)
Milli Məclisin 2020-ci il iyunun 12-də keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan məslələr məlum oldu.
Deputatların növbədənkənar iclasda müzakirə edəcəyi məsələlər məlum oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin 2020-ci il iyunun 12-də keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan məsələlər məlum olub.

Parlamentdən Trend-ə verilən məlumata görə, aşağıdakı məsələlər müzakirə olunacaq:

1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti