...

Əli Əhmədov: AXC-Müsavat hakimiyyətinin yaratdığı xaos, anarxiya, iqtisadi tənəzzül Heydər Əliyevin qayıdışı ilə aradan qaldırıldı

Siyasət Materials 12 İyun 2020 13:04 (UTC +04:00)
Əli Əhmədov: AXC-Müsavat hakimiyyətinin yaratdığı xaos, anarxiya, iqtisadi tənəzzül Heydər Əliyevin qayıdışı ilə aradan qaldırıldı

Bakı. Elçin Mehdiyev - Trend:

Müasir Azərbaycan tarixinin ən şərəfli anlarından olan Milli Qurtuluş Günündən 27 il ötür. Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil edib.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, AXC-Müsavat hakimiyyətinin yaratdığı xaos, anarxiya, iqtisadi tənəzzül, 1600 faizlik inflyasiya, erməni təcavüzünün genişlənməsi, ölkənin cənubunda və şimalında tüğyan edən separatizm, beynəlxalq təcrid və s. ilə müşayiət olunan ağır və hərtərəfli böhran yalnız Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı:

“Bu, sözün əsl mənasında Azərbaycanın və onun müstəqilliyinin xilası demək idi. 1993-cü il iyunun 15-dən başlayan qurtuluş məfkurəsi Azərbaycanın müstəqil dövlətinin qurulması və onun möhtəşəm inkişafının əsasını təşkil edir. Xalqımız bugünkü sabitlik və əmin-amanlığa, yüksəliş və müasirləşməyə görə Heydər Əliyevin tarixi qayıdışına minnətdardır. Milli Qurtuluş bayramınız mübarək olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti