...

Azər Badamov: Enerji sektorunun müasirləşdirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasına imkan verməklə yanaşı sənaye potensialının inkişafının lokomativinə çevrilib

Siyasət Materials 26 İyun 2020 21:08 (UTC +04:00)
Azər Badamov: Enerji sektorunun müasirləşdirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasına imkan verməklə yanaşı sənaye potensialının inkişafının lokomativinə çevrilib

Bakı. Elçin Mehdiyev – Trend:

Energetika sitemi hər bir ölkənin döyünən ürəyidir. Heydər Əliyev 1969-cu ildə rəhbər təyin olunanda Azərbaycan geridə qalan aqrar respublika idi. Heydər Əliyev yaxşı bilirdi ki, respublikanın inkişafı sənayenin inkişafından asıllıdır. Sənayenin də inkişafı üçün dayanaqlı energetika sistemi qurulmalı idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, fəaliyyətdə olan stansiyanın elektrik gücü ölkə təminatı üçün kifayət deyildi:

“Məhz Heydər Əliyevin güclü siyasi iradəsi sayəsində 1971-ci ildə “Azərbaycan” İES-nın tikintisini İttifaq rəhbərliyi ilə razılaşdırılaraq mərkəzləşdirilmiş fondlardan vəsaitlər cəlb edə bildi. 1981-ci ildən istismara verilən bu stansiya müstəqillik illərində də ölkəmizin enerji təminatında mühüm yer tuturdu. Amma stansiya köhnəlmişdi, enerji blokların əksəriyyəti sıradan çıxmışdı.

2018-ci ildə stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarısı işıqsız qalmışdı. Amma cənab Prezidentin tapşırığı ilə stansiyanın bərpasına böyük maliyyə vəsaitləri ayrıldı, rəhbərlik dəyişdirildi və stansiyaya yenidən həyat verildi. Artıq bu stansiyanın generasiya gücü 2400 meqavat olacaqdır.

Ümumiyyətlə müstəqilliyimizin ilk illərində ölkəmizdə enerji çatışmamazlığı mövcud idi. Elektrik enerjisi fasilələrlə verilirdi. Energetika sistemi inkişaf etməkdə olan ölkənin tələblərinə cavab vermirdi.

2003-cü ildə xalqın əksər səs çoxluğu ilə prezident seçilən İlham Əliyev ölkəmizin enerji sisteminin yenidən qurulmasını iqtisadi inkişafın prioriteti elan etdi. Son 16 il ərzində tikilmiş 30 elektrik stansiyası ölkəmizin enerji generasiya gücünü dəfələrlə artırmış, Azərbaycanı elektrik idxal edən ölkədən ixrac edən ölkəyə çevirmişdir.

Artıq bu gün Azərbaycan 3 ölkəyə elektrik enerji ixrac edir. Onu da qeyd etmək istəyirəm ki, son 16 ili ərzində ölkəmizin energetika infrastrukturu yenidən qurulmuşdur. Enerji sektorunun müasirləşdirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasına imkan verməklə yanaşı sənaye potensialının inkişafının lokomativinə çevrilmişdir”.

Deputat vurğulayıb ki, elektrik enerjisi sektoru həm də ölkəmizin qeyri-neft gəlirlərinin artmasında əhəmityyətli yer tutur:
“Bu gün alternativ enerji stansiyalarının tikintisi istiqamətində işlər davam etdirilməklə bu sahə qlobal çağırışlara uyğunlaşdırılmaqla ölkə iqtisadiyyatının əsas hissəsinə çevrilməkdədir.

Bu gün ölkəmizin enerji sektorunun inkişafında əldə edilən uğurlar Heydər Əliyevin başladığı böyük tikinti və yenidən qurma işlərinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti