...

“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi uzadıldı

Siyasət Materials 29 İyun 2020 14:59 (UTC +04:00)
“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi uzadıldı

Bakı. Trend:

Prezident İlham Əliyev “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend-in məlumatına görə, bu qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanunun 2020-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti