...

Sevil Mikayılova: VI çağırış Milli Məclisin 4 aylıq fəaliyyəti çox fərqli bir şəraitdə həyata keçirildi

Siyasət Materials 1 İyul 2020 17:54 (UTC +04:00)
Sevil Mikayılova: VI çağırış Milli Məclisin 4 aylıq fəaliyyəti çox fərqli bir şəraitdə həyata keçirildi

Bakı. Elçin Mehdiyev – Trend:

VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində əksini tapan konseptual məsələlər parlamentin növbəti fəaliyyətində dəqiq konturların cızılması üçün “yol xəritəsi” oldu.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər həm Milli Məclis rəhbərliyi, həm də deputatlar üçün dövlətimizin ali qanunvericilik orqanının təkmil və səmərəli işinin qurulmasında qarşıya mühüm vəzifələr qoydu: “VI çağırış Milli Məclisin ilk yaz sessiyası çox məhsuldar fəaliyyəti ilə yadda qaldı. Bu sessiya ərzində parlament 12 iclas keçirib, 123 qanun layihəsi qəbul edib. Yeni çağırış Azərbaycan parlamentinin 4 aylıq fəaliyyəti çox fərqli bir şəraitdə həyata keçirildi. Ölkədə pandemiya ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinə hüquqi bazanı təmin etmək məqsədilə Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı qərar qəbul olundu. Bu dövrdə 8 iclas keçirildi, 35 qanun və qərar qəbul edildi”.

Deputat hesab edir ki, Milli Məclisin tərkibinin yenidən formalaşdırılması, xüsusilə kifayət qədər gənc deputatın yeni parlamentdə təmsil olunması parlamentin aktiv fəaliyyəti üçün zəmin yaradıb: “Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycan parlamentinə qadın sədrin rəhbərlik etməsi dövlət idarəçiliyində qadınların artan rolunun ifadəsi kimi təqdirəlayiqdir. Fəaliyyəti dövründə Sahibə xanım Qafarova mükəmməl sədrlik qabiliyyəti ortaya qoyaraq parlamentdə məhsuldar işçi mühitin yaradılmasına nail olub.

Parlamentin beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər xüsusilə diqqətəlayiqdir. Spiker Sahibə Qafarovanın beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüşü parlament diplomatiyasının səmərəli qurulması yönündə mühüm addım idi. Eyni zamanda, Sahibə Qafarovanın təşəbbüsü və tövsiyələri ilə parlamentlərarası qrupların rəhbərlərinın keçirdiyi görüşləri beynəlxalq münasibətlər kontekstində çox yaxşı başlanğıc hesab etmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti