...

Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində növbəti eskalasiyanın yolverilməz olduğunu hesab edirik

Siyasət Materials 13 İyul 2020 14:36 (UTC +04:00)
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində növbəti eskalasiyanın yolverilməz olduğunu hesab edirik

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bildirilib ki, daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk:

"Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti