Nüfuzlu italyan parlamentarları Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

Nüfuzlu italyan parlamentarları Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

Bakı. Trend:

Nüfuzlu italyan parlamentarları Ermənistanın təxribatını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər

Trend-in məlumatına görə, İtaliyanın nüfuzlu parlament üzvləri, Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər.

İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçellinin bəyanatında deyilir:

“Avropanın kandarında çox təhlükəli müharibənin yenidən alovlanması təhlükəsi mövcuddur: 1990-cı illərin əvvəllərində otuz mindən çox insanın ölümünə və bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Dünən artilleriyadan istifadə etməklə baş verən şiddətli silahlı qarşıdurmalar 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır və bir müddətdir ki, dalana dirənmiş danışıqların yenidən bərpa edilməsinə böyük maneədir. Rəsmi Bakı Ermənistan tərəfinin hərbi təxribatları barədə məlumat verir və rəsmi İrəvanın uzun müddətdir ki, danışıqları əngəllədiyini bildirir. Atəşkəs rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə hörmət edilməsinə çağırıram. Beynəlxalq ictimaiyyət vəziyyətin yeni bir müharibə ocağına çevrilməməsi üçün ən qısa zamanda müdaxilə etməlidir”.

İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri, Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldinin bəyanatında deyilir:

“Tovuz rayonunda, Dağlıq Qarabağ bölgəsinin şimalında Ermənistan-Azərbaycan sərhədi boyunca silahı qarşıdurmalarla bağlı xəbərləri təəssüflə öyrənirəm. Xatırlatmaq vacibdir ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (İtaliyaya neft təchiz edən boru) və Cənubi Qafqaz qaz boru kəməri Tovuz ərazisindən keçir və qeyri-sabitlik Avropaya da öz ağır təsirini göstərəcəkdir. Təxribatlar və qarşıdurmalar həll yolu deyildir. Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrindən irəli gələrək tərəflərin mümkün qədər qısa zamanda ATƏT-in himayəsi altında danışıqlar masasına qayıtması üçün İtaliyanın səylərinə ümid edirəm”.

Habelə məsələ ilə bağlı İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də birgə bəyanat vermişlər. Həmin birgə bəyanatda qeyd olunur:

“Ermənistan və Azərbaycan sərhədi boyunca, şimal istiqamətində baş verən qarşıdurmaları böyük narahatlıqla izləyirik. İnanırıq ki, hər hansı silahlı qarşıdurmalar həll yolu deyildir, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının tanınması, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrini əsas götürərək dialoq yolu ilə həllin vacibliyini bir daha bildiririk. Beləliklə, ATƏT-in himayəsi altında hər iki tərəfin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsi və gücləndirilməsi ilə bağlı tərəfləri danışıqlar masasına gəlməyə təşviq etmək üçün İtaliya Hökumətinə müraciət edirik. ATƏT-in Minsk Qrupunun üzvü kimi bizim ölkə münaqişənin həmişə siyasi həllinin tərəfdarı olmuşdur. Bu yanaşma, 20 fevral tarixində imzalanmış “Azərbaycan və İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə də təsdiq edilmişdir.”

Parlamentarın bəyanatları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri, o cümlədən “Polticamente Corretto”, “Politica News”, “Finanze Yahoo”, ‘Yahoo Notizie”, “Agenzia Nova” kimi xəbər saytlarında, habelə müvafiq sosial media şəbəkələrində dərc olunub.

Müvafiq keçidlər əlavə olunur:

https://www.politicamentecorretto.com/2020/07/13/azerbaigian-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-rischio-nuova-guerra/

https://www.politicanews.it/politica-estera/crisi-armenia-azerbaigian-petrocelli-m5s-rischio-di-una-nuova-guerra-13593

https://www.agenzianova.com/a/5f0c20716652b4.69296668/3020969/2020-07-13/nagorno-karabakh-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-si-rischia-nuova-guerra

https://www.agenzianova.com/a/0/3021277/2020-07-13/nagorno-karabakh-grimoldi-lega-provocazioni-e-scontro-non-risolveranno-nulla

https://it.finance.yahoo.com/notizie/lega-governo-lavori-per-tavolo-di-pace-azerbaigian-120717676.html

https://it.notizie.yahoo.com/lega-governo-lavori-per-tavolo-di-pace-azerbaigian-120717676.html

https://www.facebook.com/422056461203957/posts/3090326374376939/?d=n

https://twitter.com/GrimoldiPaolo/status/1282619913287471107

https://twitter.com/BoldiRossana/status/1282646836822659072?s=20

BP "Şahdəniz"dən qaz hasilatını artırıb
BP "Şahdəniz"dən qaz hasilatını artırıb
Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb
Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb
AÇG-də neft hasilatı azalıb
AÇG-də neft hasilatı azalıb
Loading Bars
Xəbər lenti
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Azərbaycanda qızıl və gümüş bahalaşır
Rusiyada daha 114 nəfər koronavirusdan ölüb
Şabranda velosipedçilərə qarşı reyd keçirilib - 9 nəfər cərimələnib (FOTO)
Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb
Avropa azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması üzrə işlərə başlayıb
16 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb
Binəqədidə qətl törədən şəxs axtarılır
Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatıb
Ombudsman Beynəlxalq Gənclər Gününə həsr edilmiş onlayn beynəlxalq forumda iştirak edib
Sumqayıt Reabilitasiya Mərkəzinin gələn ay istifadəyə verilməsi nəzərdə tutulur
AMEA-nın “Yüksək Texnologiyalar Parkı”na yeni direktor təyin edilib
Azərbaycan XİN Pakistanı təbrik edib
Azərbaycanda 500 min hektara qədər torpaq sahəsinin şoranlaşma təhlükəsi yaranıb
Bel çantasında narkotik tapıldı
Atambayevin həbs qərarı qüvvədə saxlanıb
Bahar Muradova: Təəssüf ki, pandemiya Azərbaycanda da ailədaxili zorakılığın daha çox baş verməsinin əsas səbəblərindəndir (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır - Afət Həsənova
Bu fənlər üzrə müəllim işləmək istəyənlər üçün imtahanların TARİXLƏRİ açıqlandı
Yaponiyada avqustda istivurmadan azı 26 nəfər ölüb
Mingəçevirdə gizli işləyən restoran aşkarlanıb (FOTO)
Azərbaycanda “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artım var - Nazirlik
Bələdiyyə sədri cərimələnib
Natiq Yəhyayev: "Virtual məktəb" layihəsi yalnız pandemiya dövrü deyil, ənənəvi tədris prosesinin bərpa olunmasından sonra da davam etdiriləcək
Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirdi
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Ermənistan atəşkəsi 29 dəfə pozdu
Bu gündən müəllimlərin işə qəbulu imtahanlarına başlanılır
Paytaxt sakinlərinə xəbərdarlıq - Ehtiyac yaranmadıqda küçəyə çıxmayın
Avqustun 14-də xarici valyutaların manata qarşı məzənnələri
Anti-Azərbaycan qüvvələrin apardığı qarayaxma kampaniyaları Azərbaycanın nüfuzuna xələl gətirə bilməz - Rauf Əliyev
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
Saatlıda yanğın olub
GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
KXDR-də leysan yağışlar 16 min evə ziyan vurub
Kolumbiyada naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar
Bu gün növbəti qəbul imtahanı keçirilir
2020-ci ildə dünyada lüks malların satışı 35-45 faiz azala bilər
Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək
Lənkəranda aviobomba aşkar olunub (FOTO)
Boliviyada seçkilər 18 oktyabrda keçiriləcək
"Leypsiq" Çempionlar Liqasının yarımfinalına keçid qazanıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 633 nəfərə çatıb
Fələstin BƏƏ-dəki səfirini geri çağırır
Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 276 mindən çox artıb
“iPhone 12” smartfonlarının təqdimat vaxtı məlum olub
Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb
"Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib
Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub
Prezident İlham Əliyev: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Prezident İlham Əliyev: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur
Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi
İqtisadiyyat Nazirliyi 65 obyektdə epidemiya əleyhinə rejimin pozulduğunu müəyyən edib
Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev
Ağstafa və Salyanda "Ford" markalı avtomobil yanıb
“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib (FOTO/VİDEO)
AQTA 76 obyektdə kobud pozuntular aşkarladı
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
Təsdiq edilən yeni qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
İndoneziya bu ilin sonunadək sərhədləri açmayacaq
İnstitut summativ qiymətləndirmələrin aparılmasını vacib sayır
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib
Səfir Eldar Həsənov tutulub - DTX
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat
XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib
Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)
Avqustun 14-də dolların manata qarşı məzənnəsi
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq
Xaçmazda artezian quyusunun qazılması ilə 200-dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcək (FOTO)
Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Polis Oğuzda reyd keçirib (FOTO)
Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir
Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək
Təhsil İnstitutu tədrisin bərpası ilə bağlı təkliflərini açıqladı
Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq
Siyəzəndə iki yük avtomobili toqquşub
Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib (FOTO)
Los-Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarır
Bakı polisi nəzarət-profilaktiki tədbirləri davam etdirir (FOTO)
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi
“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib (FOTO)
Bütün xəbərlər