...

Hikmət Babaoğlu: Ermənistan tərəfi çoxsaylı itkilərini gizlətməyə çalışsa da artıq bu, mümkün deyil

Siyasət Materials 14 İyul 2020 18:21 (UTC +04:00)
Hikmət Babaoğlu: Ermənistan tərəfi çoxsaylı itkilərini gizlətməyə çalışsa da artıq bu, mümkün deyil

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturmağa məcbur edildi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı:

“İlk növbədə, müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə başladı. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümid etdiyi və ən çox da münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə heç formal toplantı belə keçirmədi”.

Deputat qeyd edib ki, Ermənistan tərəfi döyüşlər zamanı verdiyi çoxsaylı itkiləri gizlətməyə çalışsa da artıq bu, mümkün deyil:

“İşğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur. Sosial media iştirakçıları çoxsaylı erməni hərbçisinin şanlı ordumuz tərəfindən öldürülməsilə bağlı arqumentləşdirilmiş xəbərlər yayırlar. Ermənistan Müdafiə Nazirliyi nəhayət ki, tam olmasa da, hərbçilərin öldüyünü etiraf etmək məcburiyyətində qaldı. Ermənistan hakimiyyəti artıq çoxsaylı itkini gizlədə bilmir. Çünki Ermənistan vətəndaşları ölənlərin sayının çox olduğu, lakin rəqəmlərin gizlədildiyi qənaətindədir.

Operativ əməliyyatla bağlı Azərbaycanın rəsmi qurumlarının yaydığı videogörüntülərdən də aydın olur ki, düşmən canlı qüvvə baxımından da çoxsaylı itiki verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti