Vüqar Rəhimzadə: Orduya dəstək hər bir vətəndaşın borcudur

Vüqar Rəhimzadə: Orduya dəstək hər bir vətəndaşın borcudur

Bakı. Trend:

«Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. Onlar, eyni zamanda, bu qəhrəmanlıqları ilə gənclərimizdə vətənpərvərlik hissini daha da artırır, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hücum əmrini gözləyirlər. İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasına bir daha işıq saldı. Bu, kimliyindən, siyasi əqidəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün qürürvericidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin daim çağırışlarının əsas mahiyyətini təşkil edən bu tezisi bir daha yada salmaq istərdik: «Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.» Təbii ki, bütün qüvvələr ordu quruculuğuna səfərbər olmalıdır. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatının qarşısını qətiyyətlə alması da bunu bir daha təsdiqlədi.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, orduya dəstək hər bir vətəndaşın borcudur, bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi təqdirəlayiqdir. Amma bununla yanaşı, iyulun 14-ü gecə saatlarında orduya dəstək adı altında keçirilən yürüşdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi: «Təbii ki, iyulun 12-də baş verən təxribat Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmaya bilməzdi. Bu, sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsinə rəvac verdi. Bu kimi məqamlar bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Amma digər tərəfdən də unutmamalıyq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. İndiki həssas məqamda arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, Silahlı Qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bu gün Azərbaycanın güclü, qüdrətli ordusu vardır. Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Baş redaktor onu da vurğulayıb ki, hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir zamanda bir qrup şəxsin Bakının küçələrində iğtişaş törətmək cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və mövcud qanunlarımıza ziddir, ən başlıcası şəhidlərin ruhuna hörmətsizlikdir: «Qəti əminəm ki, aidiyyəti dövlət qurumları lazımi araşdırmalar aparacaq, təxribatçılar, düşmən dəyirmanına su tökənlər layiqli cəzalarını alacaqlar. Azərbaycan güclü dövlətdir. Cəmiyyətimiz qanunlarla idarə olunur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Ölkədə sabitliyi qorumaq hər kəsin vətəndaşlıq borcudur. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin nəticəsində müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas olub, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Azərbaycanın sabitlik diyarına çevrilməsi ölkəmizə investisiya axınını sürətləndirir, bizimlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasına geniş imkanlar açır. Azərbaycan bu gün dünyanın ən islahatçı 20 ölkəsi sırasında qərarlaşıb. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan deyiləndə göz önünə ilk olaraq Azərbaycan gəlir. Bütün bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti ilə yanaşı, xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına əldə edilib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Bunun üçün uğurlarımızı hər vəchlə qorumalı, ölkəmizin inkişafına töhfələrimizi artırmalı və istənilən pozucu hərəkətlərə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.»

V.Rəhimzadə bu gün istər dünyanı cənginə alan pandemiya ilə, istərsə də cəbhədə düşmənə qarşı mübarizədə milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməyin vacibliyini qeyd edib: «Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Onların qəhrəmanlığı, şəhidlik zirvəsinə ucalması Azərbaycan Ordusunun əsgərləri, gənclərimiz, bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün böyük örnəkdir.»

Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
Masallıda qaydaları pozan 21 velosipedçi cərimələndi
Masallıda qaydaları pozan 21 velosipedçi cərimələndi
Paytaxtda polis əməkdaşı bıçaqlanıb
Paytaxtda polis əməkdaşı bıçaqlanıb
Loading Bars
Xəbər lenti
Qəbələyə istirahətə gələnlər cərimələnib (VİDEO)
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
“Zenit” futbol klubunun iki oyunçusu koronavirusa yoluxub
Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Avstraliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Əfqan Nağıyev ev dustaqlığına buraxılıb - Rəsmi
Bakıda 18 km yol yenidən qurulur (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 15 min nəfəri keçdi
Peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb
Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq - Direktor
Azərbaycan Ordusunun generalı vəfat edib
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək
Masallıda qaydaları pozan 21 velosipedçi cərimələndi
Bu gündən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir
Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir (FOTO)
Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib (FOTO)
Paytaxtda polis əməkdaşı bıçaqlanıb
Ermənistanda daha 5 nəfər koronavirusdan öldü
"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib
Bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İlkin nəticələrə görə Lukaşenko səslərin 80,23 faizini toplayıb - Arzu Nağıyev
Xəzərdə suyun səviyyəsi azalıb
Havanı çirkləndirən sexin sahibi cəzalanıb
Pakistanda daşqınlar: 60-dan çox ölü
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozub
Avqustun 10-da xarici valyutaların manata qarşı məzənnələri
Bakıda qəza - avtobuslar gecikir (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 83 min nəfəri ötüb
Bakıda ev yanıb
Xətai rayonunda “Hyundai” yanıb
Səbail rayonu ərazisində yerləşən çimərliklərdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb
Yevlaxda 1 nəfər Kürdə batıb, FHN axtarış aparır
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu məhv edib
Tramp: ABŞ Livana əlavə yardım göndərəcək
Bakıda ictimai nəqliyyatın hərəkəti bərpa edilib
Braziliyada bir gündə koronavirusdan 572 nəfər ölüb
BQXK Livana 40 milyon avro yardım edəcək
Ağstafada top mərmisi tapılıb (FOTO)
Belarusda prezident seçkilərində seçici fəallığı 84,05 faiz olub
Nigerdə 6 fransalı turist qətlə yetirilib
Livanda daha bir nazir istefaya gedib
MSK: Lukaşenko prezident seçkilərində liderdir (ƏLAVƏ OLUNUB)
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı
Ağsuda zəlzələ olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 273 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər
İsraildə ordumuza dəstək yürüşü keçirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 223 min nəfəri ötüb
"Exit poll": Lukaşenko Belarusda keçirilən prezident seçkilərində 79,7% səslə qalib gəlib
Belarusda prezident seçkilərində səsvermə başa çatıb
Beyrutda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 5 milyonu keçdi
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub
Naqif Həmzəyev: Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq
Koronavirusa yoluxma riskinin artmasına yol verməmək üçün vətəndaşlar sıxlığın az olduğu çimərliklərə getməlidirlər (FOTO)
Kabilin mərkəzində partlayış baş verib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)
ABŞ-da atışma olub, ölən var
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir (FOTO/VİDEO)
Çimərliklərdə sıxlıq davam edir - Nəzarət tədbirləri gücləndirilib
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Paytaxtda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
İranda daha 163 nəfər koronavirusdan ölüb
Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir (FOTO)
İranda güclü zəlzələ olub
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO)
Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% təşkil edib
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu vəfat edib
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Bütün xəbərlər