...

AŞ PA-nın prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə cavab verib

Siyasət Materials 17 İyul 2020 20:12 (UTC +04:00)
AŞ PA-nın prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə cavab verib

Bakı. Elçin mehdiyev - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.

Milli məclisdən Trend-ə bildirilib ki, AŞ PA prezidenti bildirib ki, bu məsələ AŞ PA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.

AŞ PA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞ PA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Məktubda daha sonra qeyd edilir: "Tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti