Kamaləddin Qafarov: Serbiya və Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxıla bilər

Kamaləddin Qafarov: Serbiya və Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxıla bilər

Bakı. Trend:

Ermənistanın Tovuzla sərhəddə təxribatını Serbiya və Gürcüstanın birmənalı şəkildə pisləyəcəyini gözlədiyimiz halda, onların bu insidentdə bədnam qonşularımıza gizli şəkildə, dolayı yolla dəstək verməsi haqqında tutarlı faktlara söykənən məlumatlar hər bir soydaşımız kimi, məni də dərindən sarsıtdı.

Trend-in məlumatına görə, bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 12-14 iyul hadisələri ərəfəsində Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan Serbiya istehsalı olan hərbi ləvazimatlar, o cümlədən minaatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşınması haqqında informasiyalar öz təsdiqini taparsa, bu fakt ölkələrimiz arasında ciddi siyasi polemikaya səbəb ola bilər.

Gürcüstan da, Serbiya da Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir. Bu ölkələrin Azərbaycana qarşı bu cür düşünülməmiş hərəkətə yol verməsi ciddi suallar doğurur. Azərbaycan hələ iki ay öncə Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Baş nazir Ana Brnabiç bu yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmiş, hətta Azərbaycanın 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım edən ölkə olduğunu da xüsusi vurğulamışdı. Digər tərəfdən, Azərbaycan Kosovanın müstəqilliyini tanımır və Serbiyanın ərazi bütövlüyünə dəstəyini hər zaman tam şəkildə ifadə etmişdir. Azərbaycan Serbiyanın yol infrastrukturuna həddən artıq əlverişli şərtlərlə 300 milyon dollardan çox investisya yatırmışdır. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bununla bağlı 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamə və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planı imzalanmışdır. Bu sənədlərdə Serbiya tərəfinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub. Bütün bunların müqabilində Serbiyanın sözügedən davranışı çoxlu suallar doğurur.

K.Qafarov deyib ki, Gürcüstanın da bu hərəkəti çox təəccüblü və anlaşılmazdır. Məlum olduğu kimi, bu ölkə xeyli müddət əvvəl öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair qərar qəbul edib. Bəs Gürcüstan hökuməti Ermənistana hərbi yüklərin daşınmasına icazə vermirsə, Serbiyadan göndərilən sursat üçün niyə bu məhdudiyyəti tətbiq etməyib? Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi mövqeyi çox təhlükəli və anlaşılmayandır. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, onun ölkəsi çökərdi. Gürcüstanın Azərbaycana qarşı təxribatda iştirakı təsdiqlənərsə, o zaman bu məsələyə təkcə rəsmi Bakı deyil, həmçinin Türkiyə və regionda həyata keçirilən enerji layihələrinin iştirakçısı olan dövlətlər də münasibət bildirməli, Gürcüstan iqtidarının məkrli siyasəti ifşa olunmalıdır.

Millət vəkili xüsusi vurğulayıb ki, bu məsələnin ciddi və təmkinli şəkildə, dərindən araşdırılması vacibdir. Çünki təxribat ikiqat və hətta üçqat xarakter daşıya, məqsədyönlü şəkildə Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək üçün həyata keçirilə bilər. Rəsmi Tbilisinin Azərbaycan mediasında dərc olunmuş materiallara sərt reaksiya verməsi, “həm suçlu, həm güclü” fəlsəfəsi ilə hərəkətə cəhd etməsi bu qənaəti bir qədər də gücləndirir. Alınan xəbərlərə görə, bu ittihamlara cavab olaraq Tbilisiyə Gürcüstan ərazisində silah-sursat daşıyan maşın dəstəsinin fotoşəkilləri və digər tutarlı faktlar göndərilib.

K.Qafarov deyib ki, Gürcüstandan fərqli olaraq Serbiya bu beynəlxalq qalmaqalı obyektiv şəkildə, diqqətlə araşdırmaq niyyətindədir və bu barədə Azərbaycanını müvafiq qurumlarına məlumat verilib.

Millət vəkili sonda bildirib ki, tərəflərə öz rəsmi mövqelərini bildirmək üçün kifayət qədər vaxt və imkan verilib. Serbiya və Gürcüstan Azərbaycana qarşı münasibətdə səhvlərini etiraf edib, bu kimi halların bir daha təkrar olunmayacağına zəmanət verməzlərsə, o zaman bu ölkələrlə ikitərəfli münasibətlərə yenidən baxıla bilər.

Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
Loading Bars
Xəbər lenti
Vətəndaşlar zərurət yaranmayacağı təqdirdə evdən çıxmasınlar - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub
COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər
Azərbaycan özünü qalib xalq, məğlubedilməz dövlət kimi təsdiq etdi - Pərvin Kərimzadə
Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir - Mövlud Çavuşoğlu
Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır (FOTO)
Sabahın hava şəraiti açıqlanıb
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi (ÖZƏL)
Fərdi Məşğulluq Proqramı nədir? (VİDEO)
XTD komandiri İkinci Qarabağ müharibəsində şəhid olub - FOTO
Cəlilabadda karantini pozan 14 nəfər cərimələnib (FOTO)
Bu qablar uşaqlarda davranış pozuntularının yaranma riskini artırır - XƏBƏRDARLIQ
Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin
Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ən çox mallar bu ölkələrə ixrac edilib
Azərbaycan xalqı yeni zəfər tarixi yazdı - Kamaləddin Qafarov
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ
Koronavirus Azərbaycana gələnlərin sayında kəskin azalmaya səbəb olub
Xaricdən Azərbaycan mallarının alınması üçün edilən sifarişlər artıb
Ağdaş, Bərdə və Ağdamdan olan koronavirus xəstələri Mingəçevirdə saxlanılıblar (FOTO)
Azərbaycanda koronavirusa qarşı kütləvi immunitet yaratmaq mümkündürmü? - Komitə sədri açıqladı
Rusiyada bir gündə 589 nəfər koronavirusdan öldü
MMC rəisinə cinayət işi başlandı
Ermənistanın hərbi texnika itkisi 3,8 milyard dollardır - İİTKM (FOTO)
Azərbaycanda ipoteka kreditlərinin həcmi artıb
BŞTİ-də vətəndaşların qəbulu dekabrın 28-dək dayandırılır
Ombudsmanın Gəncə Regional Mərkəzi Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə onlayn tədbir keçirib
Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib
Azərbaycan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq - Deputat
Ermənilər məktəbləri də minalayıb - Rusiya MN
Xaçmazda qaydaları pozan COVİD-19 xəstələri saxlanılıb
Möhtəşəm zəfərlə bağlı Azərbaycan xalqını təbrik edirik - Türkiyə MN
Böyük Britaniyada koronavirusa qarşı peyvəndləmə başlayacaq
"Associated Press" erməni qoşunlarının Azərbaycanın rayonlarından çıxarılması barədə yazıb
Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Azərbaycanda dərsliklər Sinqapur modeli əsasında hazırlanacaq
BŞBPİ-yə yeni rəis müavini təyin edildi
Azərbaycan nefti bahalaşıb
XİN Fransa deputatlarının Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məlumata münasibət bildirib
Naxçıvanla quru yolu Avropaya yeni qapımız olacaq - Deputat
“Global Finance” Azərbaycan Beynəlxalq Bankını ən yaxşı bank seçdi
Epidemioloji durum daha da pisləşərsə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaq - Baş infeksionist
Goranboyda güclü yanğın olub: 1 ölü, 1 yaralı
Pandemiya kirayə avtomobil bazarına necə təsir edib? - Ekspert açıqladı
“Ziraat Bank Azərbaycan” qanvermə aksiyası həyata keçirib (FOTO)
Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb (FOTO/VİDEO)
Azad olunmuş ərazilərdə avtomobillərə xidmət edəcək obyektlər tikiləcək - RƏSMİ
“Virtual məktəb”də bir həftə ərzində keçirilmiş dərslərin sayı 6 milyonu ötdü
Polis ötən gün yaşayış yerini tərk edən daha 26 koronavirus xəstəsi aşkarladı
İşğaldan azad edilmiş ərazilərlə digər şəhərlər arasında yeni marşrut xətləri məlum oldu
Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir
Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA
Qarabağ kəhrizlərini bərpa etmək üçün Azərbaycanda peşəkar mütəxəssislər var - İranlı tədqiqatçı
Dekabrın 2-də xarici valyutaların manata qarşı məzənnələri
Biz yeni reallıq yaratdıq və hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı - Deputat
BTQ layihəsinin Gürcüstan tərəfi infrastruktur işlərdən danışıb
"Associated Press" Azərbaycanın Qarabağ münaqişəsindəki siyasi uğurlarına dair məqalə dərc edib
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Elon Mask insanın Marsa göndərilməsinin təxmini vaxtını açıqladı
“Şimal-Cənub” layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan ərazisində işlər başa çatıb - Nazirlik
G20 sammiti 30-31 oktyabr 2021-ci il tarixlərində Romada keçiriləcək
Latviyada fövqəladə vəziyyət 11 yanvar tarixinə qədər uzadıldı
ABŞ konqresmenləri 908 milyard dollarlıq iqtisadiyyata dəstək layihəsi təqdim ediblər
Moskvada koronavirusdan ölənlərin sayı 9 mini ötüb
NATO Əfqanıstanda qalmasına dair qərarı 2021-ci ilin əvvəlində verəcək
Bütün xəbərlər