...

Şəbnəm Həsənova: Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır

Siyasət Materials 24 İyul 2020 09:38 (UTC +04:00)
Şəbnəm Həsənova: Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır

Bakı. Trend:

Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunması onların sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarını pozur.

Bunu Trend-ə açıqlamasında politoloq Şəbnəm həsənova bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın tarixi və əzəli torpaqlarını işğal etməsi, ən son iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı həyata keçirdiyi təcavüzü azmış kimi son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, eyni zamanda xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilməkdədir. Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir:

"Törədilən bu kimi əməllər açıq şəkildə cinayət məsuliyyəti doğurur. Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunduğunun, onlara amansız xəsarətlər yetirildiyinin, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarının pozulduğunun şahidi oluruq. Əslində, tarixə nəzər yetirdiyimiz zaman görürük ki, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. Təkcə 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, bütövlükdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər".

Politoloq bildirib ki, 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini elan etdikdən sonra terroru dövlət siyasəti səviyyəsinə çatdırmış və ölkəsinin xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil etmişdir. Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı tez bir zamanda alınmalı, bu kimi hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir:

Birmənalı şəkildə bilinməlidir ki, 61-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.

"Bu cür vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe sərgiləyən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının susqunluğunu başa düşmək mümkün deyil. Bu, bir daha aydın şəkildə sübut edir ki, həmin təşkilatlarda ikili standartlar və selektiv yanaşma hökm sürür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti