...

Prezident İlham Əliyev Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 29 İyul 2020 14:55 (UTC +04:00)
Prezident İlham Əliyev Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda səfərdə olub.

Trend xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Ölkəmizin əsas turizm məkanlarından olan Balakən rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə artıb. 2003-cü ildən bəri rayonda 20538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti