Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb

Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb

Bakı. Trend:

Avqustun 3-də Çin Xalq Respublikasının (ÇXR) Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında pandemiya ilə mübarizə məqsədilə tibbi ekspert qrupunun Azərbaycana göndərilməsi barədə nota mübadiləsinin imzalanma mərasimi keçirilib.

Trend xəbər verir ki, nota mübadiləsini Azərbaycan hökuməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, ÇXR hökuməti tərəfindən isə həmin ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Guo Min imzalayıblar.

Hazırda ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirən R.Bayramlı deyib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verirlər. İndiyədək müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər, dövlət başçılarının münasibətləri ikitərəfli əlaqələrin inkişafına çox böyük töhfə verib. Səhiyyə və sosial sahələrdə də Çin ilə yaxşı əlaqələr mövcuddur. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib. Çin Xalq Respublikası da öz növbəsində ölkəmizə dəstək göstərib, fərdi qoruyucu vasitələr və bəzi tibbi avadanlıqlar göndərib”.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi öz fəaliyyətində beynəlxalq təcrübəyə çox böyük önəm verir. Bir çox xarici ölkələrlə bizim ikitərəfli münasibətlərimiz var, onlayn videokonfranslar və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə təcrübə mübadiləsi aparırıq. “O cümlədən də Çin Xalq Respublikasının bu sahədəki təcrübəsini biz yaxından öyrənirik. Aylardır ki, bu sahənin müxtəlif mütəxəssisləri ilə əlaqə saxlayır, onlayn videokonfranslar keçirir, təcrübəyə uyğun olaraq müalicə, diaqnostika protokollarında müvafiq korreksiyalar edirik. Çindən gələn həmkarlarımız 15 gün bizimlə bərabər olacaqlar. Onlar bizə həm metodoloji dəstək verəcək, həm də bundan sonrakı mərhələdə işbirliyimizi müzakirə edəcəyik. Metodoloji baxımından Çində xəstəliyin qarşısının alınması istiqamətində tətbiq olunan tədbirləri üz-üzə müzakirə etmək imkanımız olacaq. Biz də, öz növbəmizdə, Azərbaycanın indiyədək həyata keçirdiyi tədbirlərlə bağlı təcrübəmizi paylaşacağıq. Qarşılıqlı fikir mübadiləsi aparılacaq. Ola bilsin ki, protokollarda gələcəkdə nəzərdə tutulan fəaliyyətdə buna uyğun düzəlişlər edilsin”, - deyə Ramin Bayramlı vurğulayıb.

TƏBİB-in İdarə Heyətinin sədri deyib ki, hazırda çox önəmli məsələlərdən biri ölkəmizdə bu sahədə elmi tədqiqatlara start verilməsidir. Ölkə rəhbərliyinin göstərişinə əsasən biz əhali arasında xəstəliklə bağlı müəyyən tədqiqatlara başlayırıq. Yəni, seroloji testlər aparılacaq və onların nəticələri analiz olunacaq. Eyni zamanda, Çində aparılan tədqiqatlarla bağlı məsələni də müzakirə etmək imkanımız olacaq. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək. Bundan başqa, çox vacib elmi istiqamətlərdən biri vaksinasiya məsələsidir. Dünyanın bir çox ölkələrində, o cümlədən Çində COVID-19 xəstəliyinə qarşı vaksin hazırlanmasına dair elmi tədqiqatlar aparılır. Ölkəmiz də tədqiqatlara daxil olmağı və prosesdə iştirak etməyi planlayır. Bunun hansı istiqamətdə və necə olacağı planlaşdırılacaq, güman edirik ki, istər diaqnostik, istər müalicə, istərsə də gələcəkdə konkret olaraq dərman tapılması istiqamətində aparılacaq tədqiqatlar baxımından ölkəmiz proseslərdə fəal iştirak edəcək. Bizim bu məqsədlə elmi komitəmiz fəaliyyət göstərir. Komitənin üzvləri də kifayət qədər peşəkar mütəxəssislərdir və daim xarici həmkarlarla fikir mübadiləsi aparırlar. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək.

Ramin Bayramlı qeyd edib ki, sabahdan etibarən Çinin tibbi ekspert qrupu ölkəmizə gələcək. Onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətirəcəklər. Avqustun 5-dən etibarən bərabər çalışmağa başlayacağıq. Əvvəlcədən razılaşdırdığımız 15 günlük proqram var.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Guo Min isə bildirib ki, hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirirlər. Dünyada davam edən qlobal pandemiya şəraitində Çinin Azərbaycana zəngin təcrübəyə malik 10 nəfərlik ekspert qrupunu göndərməsi ölkələrimiz arasındakı sıx dostluq və tərəfdaşlığın bariz nümunəsidir. Diplomat deyib ki, tibbi ekspert qrupunun üzvləri Siçuan əyalətinin məşhur hospitalının əməkdaşlarıdır.

Mədəniyyət xadimləri və yaradıcı şəxslər Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycan xalqına müraciət etdi
Mədəniyyət xadimləri və yaradıcı şəxslər Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycan xalqına müraciət etdi
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində (FOTO)
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində (FOTO)
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycanda 38 nəfər koronavirusa yoluxdu, 70 nəfər sağaldı, 2 nəfər dünyasını dəyişdi
Kamaləddin Qafarov: Xalqımızın işi haqq işidir, biz qalib gələcəyik!
Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər
Məktəbəhazırlıq qruplarının müəllimləri üçün onlayn təlimlərə start verilib
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib: Düşmən geri çəkildi (VİDEO)
Ermənistanın dinc əhaliyə hücumları davam edir: Yerli sakinlər isə qorxmadan evlərindədir (FOTO)
Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir (FOTO)
Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib - MN
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik etdi
39 şagirddə koronavirus aşkarlandı
Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundu
Ermənistan daha 28 hərbçisinin həlak olduğunu elan edib
Saakaşvili: Dağlıq Qarabağ Azərbaycandır və bunu heç nə dəyişməyəcək
Ərdoğan: 30 ildir münaqişənin həllində heç bir iş görməyənlər indi bəyanat verir
Medvedev Dağlıq Qarabağ münaqişəsini siyasi-diplomatik yollarla tənzimləməyə çağırıb
Səbail rayonunda velosiped oğrusu saxlanılıb (FOTO/VİDEO)
İranda koronavirusa yoluxanların sayı 450 min nəfərə çatır
Nazirlik internet istifadəçilərinə müraciət edib
Türkiyədəki bütün soydaşlarımız Azərbaycan dövlətinin yanındadır
Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mediasında Ermənistanın təxribatından yazılıb
Mədəniyyət xadimləri Ermənistanın törətdiyi təxribatla əlaqədar xalqa müraciət etdilər
Bakı Metropoliteni adi rejimdə fəaliyyət göstərəcək
Deputat: Ermənilər Azərbaycan Ordusunun zərbələrindən təşvişə düşüb qaçırlar
Özbəkistan Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır
Hulusi Akar: Ermənistan Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır
Rusiya nəşri: Azərbaycan Ermənistanı darmadağın edəcək
İctimai nəqliyyatın qrafiki ilə bağlı son xəbərləri operativ şəkildə ictimaiyyətlə bölüşəcəyik - DANX
Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir
Çexiyanın sabiq baş naziri: Beynəlxalq ictimaiyyətin qarşısında ciddi vəzifə dayanır - Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təmin etmək
Dövlət Komitəsi Ermənistanın törətdiyi hərbi təxribatlara görə bəyanat verib
Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib - Vaqif Dərgahlı
Ermənistanda koronavirusdan ölənlərin sayı 957 nəfərə çatıb
Komitə sədri: Qəhrəman əsgərimiz Azərbaycan bayrağını Şuşamıza aparır!
Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Səfərbərlik Xidməti: Son günlər böyük sayda vətəndaş könüllü olaraq müraciət edirlər
Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak olub
Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq - Deputat
Kimlərin səfərbərliyə cəlb olunacağı açıqlandı - Rəsmi
Çin hökuməti tərəfləri Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırır
Arzu Nağıyev: Azərbaycan öz torpaqlarını azad etmək istəyir və özgə ərazilərinə iddia etmir
Sumqayıtdan VAZ dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq
Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir
16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb - BNA
Düşmənin daha iki tankı məhv edilib - MN (VİDEO)
Tərtər məhkəməsinin binası atəşə tutulub, ölən və yaralananlar var
Könül Nurullayeva: Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetdir
Sabahın hava proqnozu açıqlanıb
Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik
Türkiyəli ekspert: Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır
Rusiya XİN Dağlıq Qarabağda vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağırır
Türkiyə MN Azərbaycana dəstək videosu yayımlayıb (VİDEO)
Düşmən atəşi nəticəsində Ağdam sakini həlak olub
Bu gündən şəhərlərarası ictimai nəqliyyat 20:00-a qədər işləyəcək
Ermənilər Mayis Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumat yaymaqla daxildə yaranmış xaosu azaltmaq məqsədi güdür - Hikmət Hacıyev
Anar Eyvazov: Ermənistan ordusu ciddi itkilər verib
ABŞ səfirliyi bəyanat yayıb
İstanbulda Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz aksiyası keçirilib
Düşmənin itkiləri arasında Yaxın Şərqdən olan erməni əsilli muzdlular da var - Vaqif Dərgahlı
Ceyhun Bayramov: Ermənistanın təxribatı nəticəsində dünən 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb
Komendant saatı ilə əlaqədar elektrik qatarlarının cədvəlinə dəyişiklik edilir
Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yayıb
Azərbaycan XİN ölkədəki diplomatik korpusa müraciət edib
Heydər Əliyev Aeroportu fəaliyyətini məhdudlaşdırıb
Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edildi - Sərəncam
Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb (FOTO)
Hikmət Hacıyev: Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir
Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir
Tərtərdə polis şöbəsinə və məcburi köçkün şəhərciyinə atəş açılıb - Prezidentin köməkçisi
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət etdi
Cəbhə bölgəsindəki məktəblərin dərs cədvəllərinə dəyişiklik edilib
Ceyhun Bayramov: XİN beynəlxalq təşkilatları məlumatlandırıb
General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam
Rəhbər vəzifədə işləmək istəyənlərin qeydiyyatına başlanılıb
bp ƏMSSTQ sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək
Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb
Müdafiə Nazirliyi döyüş əməliyyatlarından daha bir video yayıb
Sentyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir
Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Jazeera” kanalına müsahibə verib (VİDEO)
Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq
Livanlı vəkil: BMT Ermənistanın hərbi təxribatlarını dayandırmalıdır
QHT sədri: Xalq-ordu-dövlət birliyi nəticəsində qələbəyə nail olacağıq
Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri
Coğrafiya İnstitutu: İşğal edilmiş ərazilərimizdən qızıl ehtiyatlarımız daşınır
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib: Xeyli düşmən qüvvəsi məhv edilib (VİDEO)
Yardımlıda qədim abidələr və qurbangah aşkarlandı (FOTO)
XİN: Düşmən qüvvələri mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır
Ermənistan növbəti dəfə ölən hərbçilərin sayının yalnız bir qismini açıqlayıb - ADLAR
Qazaxıstanda koronavirusa daha 52 nəfər yoluxub
Dünyada koronavirus qurbanlarının sayı 1 milyon nəfəri ötüb
MN: Düşmənə sonuncu dəfə xəbərdarlıq edilir
MN daha bir video yaydı: 2 düşmən tankı məhv edilib (VİDEO)
ABŞ məhkəməsi TikTok-un yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb
Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir (VIDEO)
G20 liderləri sammiti 21-22 noyabr tarixlərində keçiriləcək
Bayden: Dağlıq Qarabağda hərbi əməliyyatların baş verməsindən çox narahatam
Özbəkistan portalı Ermənistanın təxribatları ilə əlaqədar materiallar verib
Moskvada koronavirusdan daha 16 nəfər ölüb
Bütün xəbərlər