YAP-da “Əsrin müqaviləsi və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib

YAP-da “Əsrin müqaviləsi və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib. Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında 1994-cü ilin 20 sentyabrında imazalanmış “Əsrin müqaviləsi”nin xüsusi yeri var: “Müasir tariximizin ən önəmli hadisələrini sadalamalı olsaq, onların sırasında Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qayıdışını və bu qayıdışın bilavasitə nəticəsi kimi qiymətləndirilməli olan bu neft sazişinin imzalanmasını qeyd etmək yerinə düşər. Çünki Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəl də neft sazişi imazalamaq cəhdləri olmuşdu, amma bu cəhdlər nəticə verməmişdi. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik yox idi, Azərbaycan müharibə vəziyyətində idi, həmçinin ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı kənardan təhdid və təzyiqlər də var idi”-deyən, YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu. Onun sözlərinə görə, müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı.

Baş nazirin müavini qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub: “Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. Qeyd etdiyim kimi, o zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.

YAP Sədrinin müavini söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə neft strategiyası uğurla davam edir və artıq 26 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir: “Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyatının inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsidir”. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əli Əhmədov deyib ki, neftdən gələn gəlirlər xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş nazirin müavini neft strategiyasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb.

Videokonfransda geniş məruzə ilə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, 26 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı. Bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm hadisələrindən idi. Nazirin sözlərinə görə, bu gün Azərbaycanın dünyada tutduğu yer 26 il əvvəlkindən çox fərqlənir: “Azərbaycan müstəqillik yollarında ilk kövrək addımlarını atan, zəif, qeyri-sabit, sosial-iqtisadi həyatı tənəzzülə məruz qalmış bir ölkədən bu gün regionun liderinə, qlobal enerji-kommunikasiya layihələrinin müəllifinə, beynəlxalq aləmdə yüksək nüfuza malik davamlı inkişaf edən bir dövlətə çevrilib. Ölkəmizi bu səviyyəyə yüksəltmiş nailiyyətlərin təməlində isə məhz “Əsrin müqaviləsi” durur. 1991-ci ildə müstəqilliyin əldə edilməsi Azərbaycanın artıq öz taleyinə sahib olmasının rəsmi təsdiqi idisə, “Əsrin müqaviləsi” də bunun əməli sübutu idi. Bununla xalqımız neçə onilliklərdən sonra artıq öz halal sərvətlərinin sahibinə çevrildiyini və bu sərvətdən xoşbəxt gələcəyi üçün ən səmərəli şəkildə faydalanmaq əzmini, bacarığını ortaya qoydu. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, yüksək nüfuzu və uzaqgörənliyi sayəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana Xəzər dənizinin karbohidrogen ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında uzunmüddətli işlənməsini, nəhəng neft-qaz şirkətlərinin qabaqcıl təcrübəsindən, yeni texnologiya və investisiyalarından istifadəni təmin etdi”.

P.Şahbazov qeyd edib ki, enerji layihələri Azərbaycanı etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevirdi. “Əsrin müqaviləsi”nin töhfəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını da məhz Azərbaycan reallaşdırdı. Daha sonra “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin çəkilməsi, ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də bu istiqamətin davamı oldu. Enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapdı.

Nazirin sözlərinə görə, “Əsrin müqaviləsi”nin bütün bu davam edən uğurları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü enerji siyasətinin, bu siyasətin icrasında Azərbaycan neftçilərinin fədakar əməyinin, eyni zamanda beynəlxalq neft şirkətləri ilə səmərəli əməkdaşlığımızın, etibarlı tərəfdaşlığımızın töhfələridir. Beləliklə, ötən bu 26 il ərzində xarici tərəfdaşlarla birgə işimizin bəhrələri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində üç il əvvəl “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Sazişin müddətinin 2050-ci ilədək uzadılması ilə bu müqavilə, əslində, “İki əsrin müqaviləsi” statusu qazanmış oldu.

Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslərin cərəyan etdiyini deyən P.Şahbazovun sözlərinə görə, bəşəriyyəti yeni çağırışlarla üzləşdirən koronavirus pandemiyası mövcud geosiyasi nizamda və dünyanın enerji mənzərəsində ciddi dəyişikliklərə əsas verir: “Azərbaycanın öz inkişafında yeni səviyyəyə yüksəlməsi həm də enerji siyasətini müasir tələblərə uyğunlaşdırması, yeni geosiyasi reallıqlar, iqtisadi, enerji və ekoloji təhlükəsizlik çağırışları şəraitində enerji mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamasından asılı olacaq. Bu bağlılıqda “Əsrin müqaviləsi” və onun yol açdığı konkret layihələr vasitəsilə ölkəmizin milli təhlükəsizliyini qlobal təhlükəsizlik formulları ilə əlaqələndirən kursun mühüm rol oynayacağı gözləniləndir. İstismara veriləndən bu ilin sentyabrına kimi Azəri-Çıraq-Günəşli yataqlarından 516 milyon ton neft hasil olunmuş, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac etmiş, SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilmiş və ümumilikdə layihə hesabına145,8 milyard dollar gəlir əldə edilmişdir. Yataqların 2050-ci ilədək işlənilməsi, yeni layihələrə başlanması növbəti 30 ildə bizə bu uğurları davam etdirmək imkanı verəcək. Azəri-Çıraq-Günəşli yataqlarının ölkənin əsas gəlir mənbəyi olduğunu və neft-qaz sektorunun gələcək illərdə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını nəzərə aldıqda apstrim əməliyyatlarında davamlılıq strateji əhəmiyyət daşıyır. Neftə qlobal tələbatın azalması, aşağı qiymətlər şəraitində və enerji tranformasiyası dövründə bir çox beynəlxalq enerji şirkətlərinin neft-qaz layihələrindən geri çəkildiyi, bərpa olunan enerjiyə üstünlük verən strategiyalar qəbul etdiyi vaxtda belə bir müqavilənin mövcudluğu kifayət qədər etibarlı təminatdır.

Videokonfransda, həmçinin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır.

Qeyd olunub ki, 26 il öncə “Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.

O da vurğulanıb ki, Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Respublikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir.

Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub (FOTO)
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub (FOTO)
“Central Asia`s got talent” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçılar seçilir (FOTO)
“Central Asia`s got talent” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçılar seçilir (FOTO)
Loading Bars
Xəbər lenti
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa yardımı etmişdir
Prezident İlham Əliyev: 2022-ci ildə azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Prezident İlham Əliyev: Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur
Prezident İlham Əliyev: Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artmışdır
Prezident İlham Əliyev: Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir (TAM NİTQ)
Prezident İlham Əliyev: Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər
Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyev: Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edir (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Bütün xəbərlər