Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq

Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq

Bakı. Trend6

Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, doğumun və ölümün dövlət qeydiyyatı aşağıdakılar təmin edilməklə elektron qaydada həyata keçirilsin:

- doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi;

- doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi;

- doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi;

- doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması.

Fərmanın 1.4-cü bəndinin icrası ilə əlaqədar bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanları (qurumları) aşağıdakı məlumatların EHİS vasitəsilə əldə olunmasını təmin etməlidirlər:

şəxsin doğumunun qeydə alınması ilə bağlı:

- soyadı, adı, atasının adı;

- cinsi;

- doğum tarixi;

- doğulduğu yer;

- valideynlərinin soyadı, adı, atasının adı və milliyyəti;

- şəxsin ölümünün qeydə alınması ilə bağlı:

- soyadı, adı, atasının adı;

- cinsi;

- doğum tarixi;

- ölüm səbəbi;

- öldüyü yer;

- öldüyü tarix.

Nazirlər Kabinetinə tapşırılır ki, “Doğum haqqında elektron şəhadətnamə”nin və “Ölüm haqqında elektron şəhadətnamə”nin formasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların EHİS vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısını bir ay müddətində təsdiq etsin; doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi ilə bağlı elektron xidmətlərin EHİS vasitəsilə göstərilməsini təmin edəcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılır ki, doğumun və ölümün elektron qaydada qeydə alınması üçün “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS vasitəsilə əlaqələndirilməsini, o cümlədən məlumatların real vaxt rejimində EHİS vasitəsilə ötürülməsini təmin etsin; doğumun və ölümün qeydə alınması ilə bağlı məlumatların avtomatik ümumiləşdirilməsini, habelə təhlillərin aparılmasını və statistik hesabatların hazırlanmasını təmin etsin; bu Fərmanın icrası məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin mütəmadi qiymətləndirilməsini həyata keçirsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil olunmasını təmin edəcək.

Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılır ki, tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin etsinlər; aidiyyəti üzrə tibb müəssisələrini və təcili yardım briqadalarını zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

Yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (bundan sonra – yerli nümayəndəliklər) tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, həmin sənədlər üzrə məlumatların, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsini, habelə yerli nümayəndəlikləri zəruri avadanlıqla və internetə çıxışla təmin edəcək.

Bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanlarına (qurumları) tapşırılır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən müvafiq informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirsinlər; bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub (FOTO)
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub (FOTO)
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
Ermənistanın mülki əhaliyə hücumu nəticəsində bugünədək 65 nəfər həlak olub
Ermənistanın mülki əhaliyə hücumu nəticəsində bugünədək 65 nəfər həlak olub
Loading Bars
Xəbər lenti
Prezidentə yazırlar: Bu qələbəni Azərbaycan xalqına Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Qubadlının təhsil statistikası açıqlanıb
Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib
Şəhid hərbçimiz Dmitri Solntsevlə vida mərasimi keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? (TƏFƏRRÜATLAR)
“4S” şirkətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 AZN köçürüb (FOTO)
Ermənistanın mülki əhaliyə hücumu nəticəsində bugünədək 65 nəfər həlak olub
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
Azərbaycandan mülki erməni əhalisinə müraciət
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan?- Deputat
Prezidentin köməkçisi: Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur
Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötüb
Bakıda şəhid və Milli Qəhrəman adı daşıyan məktəblərin sayı açıqlandı (FOTO)
DİN-dən müraciət: Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik
Birinci vitse-prezident Mehriban Əliyeva: Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur
Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi
Ermənistanda orduya yardım edən mağazalar qiymətləri qaldırır ki, pulu geri qaytarsınlar - Şərh
Atəşkəsin pozulmasına görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir - XİN
Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Düşmən Ağdam rayonunu atəşə tutur - MN
Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar - Psixoloq
Bəyanatın mətninə humanitar yox, birbaşa atəşkəs ifadəsi salmağa çalışırdılar
Şəmkirdə 83 yaşlı kişi güllələndi
Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub - MN
Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür - Hikmət Hacıyev
Oktyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi - Deputat
Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır
Düşmən Tərtər rayonunu atəşə tutub
Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub - MN
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir
Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb
İspaniyada yenidən fövqəladə vəziyyət elan edilib
İsveç Krallığında Gəncədəki terror aktları pislənilib (FOTO)
Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb
ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən Cenevrədə görüşəcəklər
Ermənistan PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirir
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
İsveçdə Gəncədəki terror aktları pislənilib (FOTO)
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Bütün xəbərlər