Bakı. Ceyhun Ələkbərov - Trend:
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir.
Trend-in məlumatına görə, bunu nazirliyin sözçüsü səfir Deyfullah Əli əl-Fayez deyib.
O, vəziyyətin sakitləşdirilməsinin, təmkinliyin, atəşkəsin və münaqişənin BMT Təhlükəsizlik Şurasının əlaqəli qərarlarına və beynəlxalq legitimliyə uyğun danışıqlar vasitəsilə dinc yollarla siyasi həllinin əhəmiyyətini qeyd edib.
Deyfullah Əli əl-Fayez qurbanların olmasından təəssüfünü ifadə edib.