...

Prezident İlham Əliyev Nigeriya Prezidentini təbrik edib

Siyasət Materials 30 Sentyabr 2020 14:50 (UTC +04:00)
Prezident İlham Əliyev Nigeriya Prezidenti Muhammadu Buhariyə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Nigeriya Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Nigeriya Prezidenti Muhammadu Buhariyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Nigeriya Federativ Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti