...

Çavuşoğlu: Bir milyondan artıq azərbaycanlı qardaşımız öz evlərinə dönmək üçün gözləyir

Siyasət Materials 6 Oktyabr 2020 14:18 (UTC +04:00)
Çavuşoğlu: Bir milyondan artıq azərbaycanlı qardaşımız öz evlərinə dönmək üçün gözləyir

Bakı. Trend:

Azərbaycanın öz torpaqlarını azad etdiyi bir dönəmdə bir daha təkrar edirəm ki, Bakıya Azərbaycana dəstək üçün gəldim, hər zaman Azərbaycanın yanında olacağıq.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib: "Bir daha bütün dünyaya demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır. İşğal olunmuş ərazilər azad edilməyib və bu günə qədər qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan artıq azərbaycanlı qardaşımız öz evlərinə dönmək üçün gözləyirlər. Ermənistan bir sıra yaşayış mənqtələqirinə hücum edib. Küncə sıxılan Ermənistan yaşayış yerlərinə atəş açır, hətta Abşerona belə atəş açıb. Bu hərbi cinayətdir, Ermənistanın çarəsizliyinin göstəricisidir. Azərbaycan isə heç bir zaman mülki vətəndaşları hədəf almayıb. Bu da Ermənistanla Azərbaycanın əsas fərqidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti