Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qəhrəmanlıq tarixinin yeni parlaq səhifələrini yazır

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qəhrəmanlıq tarixinin yeni parlaq səhifələrini yazır

Bakı. Trend:

Zaman hadisələrin düzgün dəyərləndirilməsi, atılan addımların mahiyyətinin təhlili, perspektivlərin müəyyənləşdirilməsi baxımından hakimlik rolu ilə dəstək missiyasını yerinə yetirir. 30 ilə yaxındır beynəlxalq problemə çevrildiyi üçün nizamlanma prosesi uzanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunu seçəcəyini dəfələrlə bəyan edən Azərbaycan bugünkü addımları ilə səbrinin tükəndiyini, artıq kağız üzərində qalan bəyanatlara inanmaq zamanının çoxdan bitdiyini yəqinləşdirərək sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarının qarşısını əks-həmlə əməliyyatlarına keçməklə almağa çalışdı. Düşmən belə zərbələrlə rastlaşacağını düşünmürdü. Hər dəfə törədilən təxribatların qarşısı qətiyyətlə alınsa da ermənilər bundan dərs almayaraq, növbəti dəfə hücuma keçirdilər. Amma bu dəfə fərqli oldu.

Azərbaycan Ordusu böyük şücaət göstərərək hərbi əməliyyatların davam etdiyi qısa müddətdə bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Cəbrayıl şəhərini və rayonun xeyli sayda kəndlərini işğaldan azad etdi. Bu qələbələrimizin davamlı olacağı, bütün torpaqlarımızın azad ediləcəyi artıq heç kəsdə şübhə doğurmur. Azərbaycan əsgərinin döyüş ruhu, Vətən sevğisi, torpaq həsrəti onun inamla irəliləməsini, üçrəngli bayrağımızın azad olunacaq torpaqlarımıza sancmaq istəyini şərtləndirir.

Ordumuzda bu rəşadət, şücaət, qələbə əzmi son 17 ildə və möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan Silahlı Qüvvələri hər zaman cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qərarını gözləyirdilər. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi uğura aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”.

Azərbaycan bu gün Prezident İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi, ordumuzun şücaəti sayəsində qəhrəmanlıq tariximizin yeni şanlı səhifələrini yazır. Cəbhə bölgələrindən biri-birinin ardınca gələn xoş xəbərlər, əldə olunan qələbələr harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ruhlandırır, Prezident-xalq-ordu birliyini, həmrəyliyini daha da möhkəmləndirir. Azərbaycan Ordusunun bugünkü uğurlarının, qüdrətinin, rəşadətinin bünövrəsi məhz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində mövcud pərakəndəliyin, özbaşınalığın aradan qaldırılmasına geniş imkanlar açdı. Ulu Öndərin gördüyü məqsədyönlü tədbirlər nizami ordunun formalaşmasını təmin etməklə yanaşı, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə də gətirib çıxardı. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsin əldə olunması Azərbaycanın sülh siyasətinə önəm verdiyini dünyaya sübut etməklə yanaşı, bütün sahələrdə uğurlu addımlara yol açdı. Ordumuzun maddi-texniki bazası möhkəmləndi, Azərbaycan gəncliyinin böyük ruh yüksəkliyi ilə orduya çağırışı və bunun yüksək səviyyədə cavablandırılması təmin olundu, fərarilik hallarının qarşısı alındı, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gündəlik işimizə çevrildi. Bir sözlə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət-ordu birliyinin, həmrəyliyinin yaradılması iqtiqamətində mühüm uğurlara imza atıldı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun mövcudluğunun əsas şərt olduğunu önə çəkən ulu öndər Heydər Əliyev mütəmadi şəkildə səngərlərdə olaraq əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrəti və hərbi potensialı ilə yaxından tanış olurdu. Məhz bu birlik fonunda, eyni zamanda, ulu öndər Heydər Əliyevin qətiyyətinin nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu.

Məhz həmin gün Azərbaycan Silahlı Qüvvələrinin güclü əks-hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi, cümlədən Horadiz şəhəri erməni silahlı qüvvələrindən azad edildi.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan Ordusunun möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, yenilməz iradəsi əsasında qəhrəmanlıq tarixini yazması möhkəm təmələ əsaslanır. 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü addımlar atan, tarixi faktlar, real həqiqətlər əsasında Dağlıq Qarabağ probleminin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıran möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini işğaldan azad etməsi münasibətilə xalqa müraciətində bəyan etmişdir: «Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir".

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Amma qəbul olunan qərar və qətnamələr icra edilmir, işğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Belə olan təqdirdə münaqişənin danışıqlar yolu ilə həllini gözləməyə ehtiyac varmı? Ermənistan açıq-aşkar danışıqların uzanmasında, yeni müharibə planlarının həyata keçirilməsində maraqlı olduğunu nümayiş etdirir. Amma dünya yenə də əvvəlki ənənəsinə uyğun olaraq seyrçi mövqedə dayanır. Əgər 30 ilə yaxın müddətdə, necə deyərlər, evin ərköyün uşağına çevrilən Ermənistan hələ 30 il bundan sonra da bu diqqət və qayğı ilə əhatə olunacaqsa, imitasiya naminə danışıqların aparılmasına ehtiyac varmı? Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri vəzifələrini regiona nəticəsiz səfərlərdə görür, əsas məsuliyyəti tərəflərin özlərinin üzərinə qoyur.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin uzanmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, münaqişə tərəflərin özünə qalsaydı, öz aralarında daha asan, ədalət prinsipi əsasında çözülməsi mümkün idi. Amma beynəlxalq problemə çevrilməsi, hər bir dövlətin münaqişənin həlli prosesinə öz maraqlarından yanaşması nizamlanma prosesinə mənfi təsir göstərir. Bu gün diqqət yetirsək həmsədr dövlətlərin neytrallığı qorumadığını, birtərəfliliyə meyil göstərərək işğalçı Ermənistanı dəstəklədiklərini görərik. Dövlətimizin başçısı İlham Əliyev "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsində bildirmişdir ki, ATƏT-in Minsk qrupunun nümayəndələri ilə son illər ərzində təmaslarımda bizim fikir mübadiləsi aparmaq imkanımız oldu və nə mən, nə də onlar danışıqların irəli aparılması üçün nəyin edilməsinin mümkün olduğunu bilmirdik: "Çünki bildiyiniz kimi, danışıqlar prinsipləri və danışıqlar formatı müəyyən olunmuşdur. Bu, Azərbaycan tərəfindən birtərəfli qaydada müəyyən olunmamışdır. Bu, vasitəçilər tərəfindən təklif olunmuşdur və iki ölkə - Azərbaycan və Ermənistan tərəfindən qəbul olunmuşdur. Danışıqların formatı Azərbaycan və Ermənistandır, bu, iki ölkə arasında münaqişədir. Ermənistanın baş naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın Ermənistanın özü də daxil olmaqla heç bir dünya ölkəsinin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparılmalı olduğunu dedi. Bu, danışıqları pozmaq üçün qəsdən edilmiş bir hərəkət idi, çünki o, bilirdi ki, nə biz, nə də vasitəçilər bunu qəbul etməyəcək. Vasitəçilər - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bunu rədd etdilər. Sonra o dedi ki, “Qarabağ Ermənistandır”. Bunu onun sələflərindən heç biri əvvəllər deməmişdi. Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir".

Ermənistanın son təxribatları açıq-aşkar müharibədə maraqlı olduğunu təsdiqlədi. Amma dünya susmaqla hadisələrin daha da dərinləşməsinə rəvac verdi. "Biz nə etməli idik" sualına cavab olaraq dövlətimizin başçısı cənab İlham Əliyev bildirir ki, biz özümüzü müdafiə etməli idik. Biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik. Təcavüzkar daha da azğınlaşıb. Onun tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir.

Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Bu gün cəbhə bölgəsində Azərbaycan Ordusunun şücaəti bunu bir daha təsdiqləyir. Neçə-neçə yaşayış məntəqələrimizin, strateji yüksəkliklərimizin işğaldan azad edilməsi, eyni zamanda, 27 ildir işğaldan azad olunması üçün ədalətli mövqe gözləyən Cəbrayıl şəhərinin və rayonun xeyli sayda kəndinin azad edilməsi Azərbaycan dövlətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətini, yenilməz siyasi iradəsini, Dağlıq Qarabağ probleminin həllində dəyişməz mövqeyini bir daha təsdiqlədi.

Yazının əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə hərbi paradda dövlətimizin başçısı İlham Əliyevin böyük əminliklə söylədiyi fikirləri səbəbsiz yerə xatırlamadıq. Bu gün həmin istəklər, arzular reallaşır, xalqımızın torpaq həsrətinə son qoyulur.

Yaxın günlərdə Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 29-cu ildönümünü qeyd edəcək. Bu tarixi günü torpaqlarımızın tamamilə işğaldan azad olunacağı sevinci ilə qeyd edəcəyimiz artıq heç kəsdə şübhə doğurmur. Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordusu ilə fəxr edir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, ölkənin müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daim yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, ordu quruculuğuna daimi diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır, dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil edilən rəsmi qəbuldakı nitqində möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi bu fikirləri də yada salmaq istərdik: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır".

Bu gün müstəqil dövlətimiz hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Yaxın günlərdə işğalçı dövlətə və onun havadarlarına sübut edəcəyik ki, qüdrətli ordusu, qətiyyətli Prezidenti, Onun ətrafında sıx birləşən xalqı olan ölkə heç zaman məğlubiyyətlə barışmayacaq. Tezliklə qələbələrimizi bir-birinin ardınca sıralayacaq, Azərbaycan Ordusunun malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayan növbəti hərbi paradın işğaldan azad edilmiş Qarabağda keçirilməsinə nail olacağıq! Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı təcrübəsi onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Cənab İlham Əliyev, eyni zamanda, bildirmişdir ki, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır: «Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

"Twitter"in işində nasazlıqlar yaranıb
"Twitter"in işində nasazlıqlar yaranıb
"İnstagram"ın işində qüsurlar yaranıb
"İnstagram"ın işində qüsurlar yaranıb
"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
Loading Bars
Xəbər lenti
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Bütün xəbərlər