...

Cəlil Xəlilov: Mülki insanların qətlinə imza atan Ermənistana beynəlxalq təzyiqin göstərilməsi zəruridir

Siyasət Materials 11 Oktyabr 2020 21:39 (UTC +04:00)
Cəlil Xəlilov: Mülki insanların qətlinə imza atan Ermənistana beynəlxalq təzyiqin göstərilməsi zəruridir

Bakı. Trend:

Mülki insanların qətlinə imza atan Ermənistana beynəlxalq təzyiqin göstərilməsi zəruridir

Bunu Trend-ə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnikin sözlərinə görə, getdikcə azğınlaşan Ermənistana qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların tətbiqi zəruridir:

“Ermənilərin Gəncə şəhərinə axşam saatlarında endirdiyi raket zərbələri nəticəsində mülki insanların həlak olması, çoxlu sayda qadınların, uşaqların yaralanması göstərdi ki, Ermənistanın azğınlığı artmaqdadır. Hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrini vurmaq, dinc insanları öldürməklə çıxmağa çalışır. Düşmənin son təxribatı da göstərdi ki, Ermənistan atəşşkəs rejiminə əməl etmək niyyətində deyil və öz terrorçu fəaliyyətini atəşkəs dönəmində də davam etdirir. Odur ki, mülki insanların qətlinə imza atan Ermənistana beynəlxalq təzyiqin göstərilməsi zəruridir. İstər beynəlxalq təşkilatlar, istər aparıcı dövlətlər, istərsə də region ölkələri Ermənistanın vəhşiliyinə qarşı sərt mövqe sərgiləməli, terrorçu dövlətə qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq edilməlidir. Habelə, Ermənistanın silahlandırılmasının qarşısı tam şəkildə alınmalıdır.

Dinc insanların qanına susayan Ermənistan bilməlidir ki, etdiyi hər bir cinayətə görə hökmən cavab verəcək, atdığı hər addımın hesabını ödəyəcəkdir. Heç kim, heç bir qüvvə Azərbaycanın haqlı mübarizəsinə mane olmaq iqtidarında deyil və ola da bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti