...

Prezident İlham Əliyev: Gəncə şəhərinin bombardman edilməsi erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür

Siyasət Materials 12 Oktyabr 2020 16:52 (UTC +04:00)
Prezident İlham Əliyev: Gəncə şəhərinin bombardman edilməsi erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür

Bakı. Trend:

Gəncə şəhəri bombardman edilmişdir. Şəhərin raketlər ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib ki, dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti