...

Müdafiə Nazirliyi: Ermənistan yalan məlumatlarla öz xalqını sakitləşdirmək istəyir

Siyasət Materials 14 Oktyabr 2020 00:13 (UTC +04:00)
Müdafiə Nazirliyi: Ermənistan yalan məlumatlarla öz xalqını sakitləşdirmək istəyir

Bakı. Trend:

Ermənistan hərbi qurumunun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.

Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti