...

Hikmət Hacıyev: Gəncədə raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 17 Oktyabr 2020 04:11 (UTC +04:00)
Hikmət Hacıyev: Gəncədə raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb (ƏLAVƏ OLUNUB-2)

Bakı. Trend:

Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 40-a yaxın insan xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

"Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasəti dayandırılmalıdır".

XXX

Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 35 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

XXX

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti