...

Mustafa Şentop Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

Siyasət Materials 19 Oktyabr 2020 12:36 (UTC +04:00)
Mustafa Şentop Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Trend-in məlumatına görə, Mustafa Şentopu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov müşayiət edib.

Daha sonra M.Şentop Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti