Bakı. Trend:
Ermənistan Silahlı Qüvvələrinin Gəncəni atəşə tutması nəticəsində ölən Rusiya vətəndaşı, 13 yaşlı Artur Mayakovun xatirəsini ehtiramla yad edilib.
Trend-in məlumatına görə, aksiya Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında təşkil edilib.
Qeyd edək ki, Ermənistanın Gəncəyə raket zərbəsi nəticəsində oktyabrın 17-də yaralanan həyat eşqi ilə dolu və gələcəyi xəyal edən 13 yaşlı Rusiya vətəndaşı Artur Vladimiroviç Mayakov bu gün vəfat edib.