...

Deputat Ali Baş Komandanı təbrik edib

Siyasət Materials 9 Noyabr 2020 14:14 (UTC +04:00)
Deputat  Ali Baş Komandanı təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. Qarabağ uğrunda gedən müharibənin taleyini həll edən Şuşa uğrunda döyüşlərdə rəşadətli Ordumuz parlaq qələbə qazanmışdır. Bu qələbə sadəcə müharibənin taleyini həll edən döyüş uğuru deyil. Bu qələbə həm də Azərbaycan Xalqının qürurunu özünə qaytaran bir qələbədir. Bu qələbə müharibənin tam və qəti qələbə ilə yekunlaşdırmaq yolunda həlledici dönüş nöqtəsidir. Əldə olunan bu parlaq qələbə münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarını təbrik edir, onun rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda mübarizə aparan rəşadətli, qəhrəman Ordumuza yeni-yeni qələbələr arzu edirəm.

Düşmən ən müasir silahlarla təchiz olunmuş qəhrəman Azərbaycan Ordusu qarşısında davam gətirə bilmir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, balanslaşdırılmış, müdrik siyasət nəticəsində Azərbaycan bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də böyük uğurlar qazanmışdır. Azərbaycan Ordusu dünyanın ən qabaqcıl 50 ordusu sırasındadır.

Rəşadətli Ordumuz yüksək ruh yüksəkliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək üçün qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla və qəhrəmanlıq nümunələri göstərməklə yerinə yetirirlər. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və Azərbaycan bayrağı Qarabağın işğaldan azad olunan bütün yaşayış məntəqələrində dalğalanacaq. Bu şərəfli vəzifənin yerinə yetirilməsində qəhrəman Azərbaycan Ordusuna uğurlar arzu edirəm.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti