...

Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan xalqı sevinc və qürur hissi keçirir - Ombudsman (VİDEO)

Siyasət Materials 10 Noyabr 2020 13:20 (UTC +04:00)
Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan xalqı sevinc və qürur hissi keçirir - Ombudsman (VİDEO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində bu gün bütün Azərbaycan xalqı sevinc və qürur hissi keçirir.

Bunu Trend-ə insan hüquqları üzrə müvəkkil, ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, bu gün qədim Azərbaycan xalqı üçün xüsusi bir gün - Qələbə Günüdür:

"Bu günü bizə yaşadan Ali Baş Komandan İlham Əliyev başda olmaqla müzəffər, xilaskar Azərbaycan Ordusuna təşəkkür edirik. Ulu öndərin layiqli davamçısı olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Qələbə Gününü qeyd edirik. Bizim ordumuz xilaskar ordudur. Ordumuz işğalda olan torpaqlarımız azad etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti