...

Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər - Peskov

Siyasət Materials 10 Noyabr 2020 14:39 (UTC +04:00)
Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər - Peskov

Bakı. Trend:

Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, amma bu ayrı razılaşmaların mövzusudur.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən bildirib ki, həqiqətən də Azərbaycan ərazilərində atəşkəsə nəzarət mərkəzinin yaradılmasından söhbət gedib:

"Bu, Azərbaycandadır və birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti