...

Qarabağla bağlı razılaşma Azərbaycanın tarixi qələbəsidir - Deputat

Siyasət Materials 11 Noyabr 2020 14:17 (UTC +04:00)
Qarabağla bağlı razılaşma Azərbaycanın tarixi qələbəsidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair razılaşma Azərbaycanın tarixi qələbəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov qeyd edib.

Deputat bildirib ki, Ermənistan bu bəyanatı imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etmiş oldu, ərazi bütövlüyümüz tam bərpa olundu:

“Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbələr Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə və bu bəyanatı imzalamağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.

Sənədin imzalanması ölkəmiz üçün olduqca əhəmiyyətlidir. 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı qüvvələr ərazilərimizdən çıxarılır və işğalda qalan digər ərazilərimiz də heç bir qan tökmədən bizə qaytarılır və doğma torpaqlarımızdan didərgin salınmış soydaşlarımız öz yurdlarına qayıdırlar”.

Deputat vurğulayıb ki, sənədin ən mühüm əhəmiyyətindən biri də odur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur: “Bəyanatda Naxçıvan ilə dəhlizin yaradılması öz əksini tapıb. Bu baxımdan imzalanan üçtərəfli razılaşma Azərbaycanın tam qələbəsidir. Dövlətimiz öz istəyinə nail oldu. Bütün bəndlərə nəzər salanda görürük ki, Azərbaycan dövlətinin milli maraqları qorunub və bu, bizim tam qələbəmiz deməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti