...

Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində öz obyektivliyini itirib - Mövlud Çavuşoğlu

Siyasət Materials 12 Noyabr 2020 10:31 (UTC +04:00)
Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində öz obyektivliyini itirib - Mövlud Çavuşoğlu

Bakı. Elçin Mehdiyev – Trend:

Təəssüflər olsun ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində öz obyektivliyini itirib.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, Minsk qrupunun həmsədrlərindən biri olan Fransa təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qərəzli mövqe nümayiş etdirərək açıq şəkildə işğalçı Ermənistana dəstək göstərdi.

Türkiyə XİN rəhbəri bildirib ki, Prezident İlham Əliyevin hər zaman Azərbaycanın sülhə hazır olduğunu bəyan etməsinə və döyüşlər gedən zaman da dəfələrlə bunu vurğulamasına baxmayaraq, Fransa işğalçı Ermənistanın yanında yer aldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti