...

Ermənistanın Azərbaycan torpaqlarına və mülki əhaliyə qarşı hücumları nifrətlə pislənilib

Siyasət Materials 16 Noyabr 2020 15:33 (UTC +04:00)
Ermənistanın Azərbaycan torpaqlarına və mülki əhaliyə qarşı hücumları nifrətlə pislənilib

Bakı. Trend:

Nişantaşı Universiteti ilə Gəncə Dövlət Universiteti ortaq Elmi Şura iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Ermənilərin Azərbaycana qarşı hücumlarının nifrətlə pislənildiyi bəyanatda deyilir: “Nişantaşı Universiteti və Gəncə Dövlət Universiteti olaraq, Ermənistanın 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası ərazisinə və xalqına qarşı həyata keçirdiyi hücumları nifrətlə qınayırıq.

Hər iki universitet işğal olunmuş Azərbaycan ərazilərinin, xüsusən də Dağlıq Qarabağın azad edilməsi prosesinə dəstək olduğunu göstərmək və bu proseslə bağlı həqiqətləri elmi cəhətdən qiymətləndirmək üçün ortaq Elmi Şura iclası keçirərək aşağıdakı açıqlamaları dünya ictimaiyyəti ilə bölüşməyi vacib hesab edirik:

Ermənistan işğalçı və təcavüzkar bir güc olaraq beynəlxalq birliyin əsas prinsip və normalarına zidd olan qeyri-insani və sülhə qarşı siyasət aparır. Ermənistan bu davranışı ilə Qafqaz bölgəsində sülh və əmin-amanlığı təhlükəyə atır.

Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadan haqsız olaraq işğal etdiyi Dağlıq Qarabağ Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil Azərbaycan Respublikasının ərazisi kimi tanınır. Əslində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 822, 853, 874 və 884 saylı Qətnamələri ilə Ermənistanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə geri çəkilməsi tələb edilmişdir.

Ermənistan, beynəlxalq hüquqa zidd hərəkət edərək bugünə qədər Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə sülh şəraitində həll olunması istiqamətində olan çağırışları, Birləşmiş Millətlər Təşkilatının Qətnamələrini və bu qətnamələrə istinad edən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Birliyi və Avropa Şurası Qərarlarını da görməməzlikdən gəlmişdir.

Beynəlxalq hüquq qaydalarına məhəl qoymayan Ermənistan, Azərbaycanı Dağlıq Qarabağa güzəştə getməyə məcbur etmək üçün günahsız mülki insanları hədəf alan planlı şəkildə təxribat xarakterli hücumlar həyata keçirmişdir. Bir çox mülki şəxsin ölümünə və mülki yaşayış yerlərinin dağıdılmasına səbəb olmuşdur.

Cenevrə Konvensiyaları: sülhə qarşı cinayətləri, müharibə cinayətlərini və insanlığa qarşı cinayətləri açıq bir şəkildə müəyyən edir. Sözügedən konvensiyalar Ermənistanın hərbi və ya mülki şəxslərin silahlı münaqişə hüququnun və ya humanitar hüquq qanunlarının pozulmasından irəli gələn fərdi cinayət məsuliyyətinə malik olduğunu bildirir. Bu çərçivədə Ermənistan silahlı qüvvələrinin yalnız qarşıdurmaların baş verdiyi cəbhə xəttində deyil, eyni zamanda Gəncə, Mingəçevir, Xızı, Şəmkir, Abşeron, Tərtər, Bərdə və Goranboy kimi münaqişə zonasında olmayan şəhərləri; məktəb, xəstəxana, qəbiristanlıq kimi mülki yaşayış obyektlərinin mərkəz nöqtələrini; elektrik, təbii qaz, su kəmərləri və qurğularını hədəf alması və günahsız mülki şəxslərin ölümünə səbəb olması qəbuledilməzdir.
Digər tərəfdən, xarici döyüşçüləri və terror ünsürlərini döyüş sahəsinə cəlb etdiyi və cəbhədə uşaq əsgərlərdən istifadə etdiyi bilinən Ermənistanın yalnız sülh əleyhinə bir cinayət deyil, həm də hərbi cinayət törətdiyi və işğala son qoymadan regional sabitliyə zərər verdiyi açıq-aşkar görsənir.

Bölgədə qalıcı sülhün bərqərar olması yalnız və yalnız Ermənistanın haqsız olaraq işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması, işğalçılıq siyasətindən əlçəkməsi və təcavüzkar siyasətinin hüquqi və iqtisadi xərclərini qarşılaması halında mümkündür.
Bu yolda biz Azərbaycanı öz torpaqları olan və Ermənistanın işğalı altındakı ərazilərini geri alması münasibətilə təbrik edir və Azərbaycanın bu haqlı davasında uğurlar arzu edirik!

Nişantaşı Universiteti və Gəncə Dövlət Universiteti olaraq, Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq ictimaiyyətə və dünya ictimaiyyətinə çatdırılması, habelə Ermənistanın törətdiyi müharibə cinayətlərinin və sülhə qarşı olan cinayətlərinin cəzalandırılması üçün gələcəkdə də lazımi humanitar və akademik təşəbbüslər göstərməyə davam edəcəyimizi bildiririk.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti