...

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Siyasət Materials 24 Noyabr 2020 18:50 (UTC +04:00)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir:

“192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə -

vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.”.

Həmçinin, 599-cu maddənin adında və mətnində “Ali” sözü “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali” sözləri ilə əvəz edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti