...

Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir - Deputat

Siyasət Materials 26 Noyabr 2020 12:11 (UTC +04:00)
Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Fransa regionda gedən sülh proseslərinə dəstək vermək əvəzinə öz çirkin məqsədlərinə nail olmağa çalışır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ağdamdan olan deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz bəyanatının müzakirəsi zaman deyib.

B.Əliyev qeyd edib ki, Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunduqdan sonra bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb:

“Bu qədər insanın bu illər ərzində pozulmuş hüquqlarını Fransa Senatı nə zaman müzakirə edib? BMT TŞ-nın işğal olunmuş ərazilərlərlə bağlı qətnamələri var və Fransa bu sənədlərə səs verib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa bu qətnamələri icra etməli idi. Düşünürəm ki, Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir. Onlar bu qətnamə ilə bizi təhqir edirlər. Qoy onlar qarşılarında Azərbaycan xalqının iradəsini görsünlər. Əgər düşünürlərsə ki, bu cür qətnamələrlə bizə öz iradələrini, çirkin əməllərini qəbul etdirəcəklər, onlar yanılırlar.

Deputat deyib ki, bütün Azərbaycan xalqı silaha sarılaraq son damla qanına qədər müstəqil dövlətini qoruyacaq: "Nə Ermənistan, nə də onun havadarları bizim iradəmizin əleyhinə gedə bilməz. Biz müstəqil dövlətik. Bu gün qəhrəman Azərbaycan əsgəri öz canı və qanı ilə işğalçıları torpaqlarmızdan qovub. Bu gün sülh prosesi gedir. Bunu dəstəkləmək əvəzinə Fransa qızışdırıcı bir mövqe tutur. Məqsəd isə öz çirkin niyyətlərinə nail olmaqdır. Biz senatın bu qətnaməsini qətiyyətlə pisləyirik və hesab edirik ki, bu Azərbaycan dövlətinin suverenliyinə qarşı bir təhdiddir. Azərbaycan bütün imkanlarından istifadə edərək buna adekvat cavab verməlidir və məcburi köçkünlərin də iradəsi burada əks olunmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti