...

Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub

Siyasət Materials 2 Dekabr 2020 22:36 (UTC +04:00)
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub

Bakı. Trend:

Cari ilin 2 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən Trend-ə verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti